CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Səhv düşəndə yerimiz...

© Sputnik / Murad Orujovİnsanlar
İnsanlar - Sputnik Azərbaycan
Abunə olmaq
Fikrini öyrəndiyimiz vətəndaşların böyük əksəriyyəti öz ixtisasına uyğun peşədə çalışmır

BAKI, 17 noy — Sputnik. Seçdiyi təhsil istiqaməti və təhsil aldığı ixtisas üzrə çalışmaq hər kəsin arzusudur. Lakin ölkəmizdə bu arzunun reallaşması o qədər də asan deyil. İnsanlarımız, əksər hallarda qeyri-ixtisas sahələrində, sevmədiyi peşələrdə çalışmağa məcbur olurlar.

A man looks down as he waits in line to enter a government-run employment office in Madrid in this January 24, 2013 - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanda işsizlərin sayı bilindi

Sputnik-in əməkdaşı sosial şəbəkə istifadəçiləri arasında "Öz ixtisasınız üzrə çalışırsınızmı?" sualına cavab tapmağa çalışıb. Beləliklə:

Azər Kərimov — iqtisadçı: "Azərbaycan Dövlət İqtisad Universitetinin Biznes inzibatçılığı fakültəsini bitirmişəm. İxtisasım "Biznesin təşkili və idarə edilməsi" olsa da, hazırda dövlət idarələrindən birində mühəndis proqramlaşdırıcı — aparıcı iqtisadçı vəzifəsində çalışıram. Əlbəttə, hər bir tələbə sevdiyi və seçdiyi fakültətə təhsil alıb, ona uyğun işləmək, iş qurmaq istəyər".

Rəşad Əziz — ofis meneceri: "İxtisasım "Nəqliyyatda daşınmaların təşkili"dir. Bir müddət öncə Metropolitenə CV göndərdim və müsabiqəyə çağırdılar. Sonra qəbul etmədilər ki, boyumun ölçüsü 1.53 metrdir".

Lalə Ağayeva - rəssam-dizayner: "İlk təhsilim ibtidai sinif müəllimliyidir. Daha sonra ikinci təhsil almağa qərar verdim və rəssam-dizayner sahəsi üzrə ali təhsil aldım. Hazırda məzunu olduğum ixtisas üzrə çalışıram".

Rahil Kərimov — teleaparıcı: ""Ədəbi yaradıcılıq və ekran dramaturgiyası" ixtisasını bitirmişəm. İndiki işim də, məhz ixtisasımla bağlıdır, həm redaktor kimi ədəbi yaradıcılığım var, həm də ekranın "dramaturji simasıyam"".

© © KarikaturaYeri səhv düşənlər
Yeri səhv düşənlər - Sputnik Azərbaycan
Yeri səhv düşənlər

Ayşən Ağayeva — jurnalist: "İxtisasım "Mühasibat uçotu və audit"dir. Oxuduğum müddətdə ixtisasımı sevirdim, dövlət imtahanından əla qiymət almışdım. Yəni o dərəcədə əla oxuyurdum. Çox istəyirdim ki, sahəm üzrə işləyim, haradasa buna nail də oldum. Ancaq, 6 ay çalışdığım şirkətdə rəqəmlərin insanı nə qədər yorduğunu, heç nə qazandırmadığını gördüm. Yəni monoton bir işdir. Fərqli heç nə yoxdur. Bu səbəbdən həmin sahədən uzaqlaşdım və hal-hazırda jurnalist kimi fəaliyyət göstərirəm".

Kübra Heybət — kiçik bisnes sahibi: "Mən Milli Aviasiya Akademiyasını bitirmişəm. İxtisasım "Mühəndis dispetçer"dir. Öz sənətim üzrə 1,6 ay işlədim və işdən çıxdım. Çünki, Hava limanında işçiyə yox, "dayday"ı olana dəyər verirlər. İşlədiyin saat vaxtına görə də çox az əmək haqqı verirlər. Hətta, maaşı 2 ay gecikdirərək verirlər".

Nara Rəşidova — rabitəçi: "İxtisasım "Şəbəkələr, rabitə sistemləri və informasiyanın paylanması"dır. Hazırda Qax RMX-da kadrlar üzrə müfəttiş işləyirəm. İşimi sevirəm. Arada hövsələm daralanda şikayət etsəm də, sevirəm".

Esmiralda Əliyeva — operator: "İxtisasca riyaziyyat müəllimiyəm. Lakin, iş tapa bilmədiyim üçün operator işləyirəm".

Şəfiqə Fərzalıbəyli — koordinator: "Fövqəladə hallar və maşınqayırma üzrə mütəxəssisəm. Amma təəssüflər olsun ki, dörd ilə yaxın televiziya və prodakşnlarda koordinator və prodüser kimi çalışmışam. Hal-hazırda özəl şirkətlərin birində loqistika koordinatoru işləyirəm. İxtisasın üzrə dövlət işinə düzəlmək üçün imtahan verməlisən. Verdiyin halda da gərək adamın olsun. Yoxsa götürmürlər. Ona görə də, ixtisasımızdan fərqli olaraq özəl şirkətdə çalışıram".

Elçin Aslangil, yazar və aktyor - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Türkiyədə teatr aktyoru 3000 manatadək maaş alır

Elvin Mirzəzadə — müğənni: "Azərbaycan Memarlıq və İnşaat Universitetinin Nəqliyyat fakültəsini bitirmişəm. Hal-hazırda müğənnilik edirəm".

Rauf Alagözov - iş adamı: "Filologiya fakültəsinin məzunuyam. Amma mebel sahəsində işləyirəm. Səbəb də odur ki, müəllimlərin gəlirindən 5 qat çox mebeldən gəlir əldə edirəm".

Aysel Turan — bank işçisi: "İxtisasca ibtidai sinif müəllimiyəm. Lakin ixtisasım üzrə işləmirəm. Çünki müəllimə dəyər verilmir. İşə qəbul üçün 5 min manat istəyirlər və 120 manat əməkhaqqı təklif edirlər. Bank sektoru isə daha əlverişlidir. İmtahanımı verdim və daha yaxşı əmək haqqı ilə işləyirəm".

Xəbər lenti
0