"Bir tərəfdən PKK-ya terrorçu deyirsiniz, digər tərəfdən dəstək verirsiniz"

© REUTERS / Sergei KarpukhinTürkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə Prezidenti: "Qərb bloku hələ də terrorun başının altına yastıq döşəyir. Terrorçuların elədiklərini və onlara verilən dəstəyi görürük"

BAKI, 16 noy — Sputnik. "Almaniya etibarlı davranmır. Bu gün dəstək verdikləri terror bir gün dönüb Almaniyanın özünü də vuracaq".

Rəcəb Tayyib Ərdoğan - Sputnik Azərbaycan
Ərdoğandan Qərb ölkələrinə ismarış

Sputnik Timeturk-ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistana səfəri öncəsi, hava limanında jurnalistlərə açıqlamasında deyib. O, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayerlə olan görüşünü şərh edərkən deyib ki, Almaniya düzgün yolda deyil.

"Qərb bloku hələ də terrorun başının altına yastıq döşəyir. Terrorçuların elədiklərini və onlara verilən dəstəyi görürük. Bir tərəfdən terrorçulara dözümlə yanaşacaqsınız, digər tərəfdən də terrora qarşı mübarizəni dəstəklədiyinizi deyəcəksiniz. Elə iş olmaz", — Ərdoğan bildirib.

O, fikirlərini belə davam etdirib: "Bir tərəfdən PKK-ya terrorçu deyirsiniz, digər tərəfdən dolayı, ya birbaşa dəstək verirsiniz. Bu, necə dostluq, necə dürüstlükdür? Biz belə bəyanatlardan çox, terrora qarşı mübarizədə əməli fəaliyyətə üstünlük veririk".

Xəbər lenti
0