BAKI, 8 noy — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan PYD/YPG-nin PKK terror təşkilatının qolu olduğunu bildirərək, bu təşkilatlara dəstək olan ölkələrə sərt reaksiya göstərib. Sputnik bu barədə Haber10-a istinadən xəbər verir.
Bir terror təşkilatı ilə mübarizədə başqa bir terror təşkilatına dəstək olmağın düzgün olmadığını deyən Ərdoğan Qərb dünyasını tənqid edib: "PYD terror təşkilatıdır və PKK-nın qoludur, YPG də bu terror təşkilatının qoludur. Bunlar açıq-aydın ortada olduğu halda, hələ də siz bunu müdafiə edirsinizsə, bunu dünyada heç kim qəbul etməz. Sabah siz özünüz o təşkilatların hədəfi olmaqdan xilas ola bilməyəcəksiniz".
Terrorla mübarizə aparmağın və terror təşkilatlarının öhdəsindən gəlməyin Türkiyə üçün asan olduğunu deyən Ərdoğan, bu təşkilatların xarici dəstəklə fəaliyyət göstərdiyini bildirib.