BAKI, 16 noy — Sputnik. Ekspertlər kompleks sınaqlar zamanı ideal səhər yeməyinin necə olduğunu müəyyən ediblər. Sputnik bu barədə saglamolun.az-a istinadən məlumat verir.
Avstraliyanın bir neçə klinik mərkəzinin əməkdaşlarının təşəbbüsü ilə təcrübə aparılaraq, güclü və zərif cinsin nümayəndələri üçün səhər yeməyinin əhəmiyyəti müəyyən olunub. Mütəxəssislər səhər yeməyinin insana enerji verməsi barədə fikirlərin doğru olduğunu sübuta yetiriblər.
Mütəxəssislər belə qənaətə gəliblər ki, səhər yuxudan oyanandan sonra ilk yemək tarazlı olmalıdır. Səhər yeməyinin vəzifəsi həzm sistemini yükləmədən orqanizmi faydalı maddələrlə təmin etməkdir. Onlar bildiriblər ki, planetimizin əhalisinin 50 faizindən çoxunun səhər yeməyinə münasibəti düzgün deyil. Bu səbəbdən də ağır xəstəliklərin inkişaf riski artır.
Həkimlər səhər yeməyindən əvvəl bir stəkan isti su içməyi məsləhət görürlər. Səhər yeməyi üçün ideal variant bal qatılmış yulaf sıyığı, yaxud süd məhsullarından hazırlanmış yeməkdir.