Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Bu yeməyin bişməsi üçün bir sutkadan çox vaxt lazımdır

Abunə olmaq
Havalar soyuyur, deməli pitinin əsl vaxtıdır. Adı və dadı ilə məşhur pitinin vətəni olan qədim Şəkiyə gəlib bu ləziz təamdan dadmamaq qeyri-mümkündür.

Haqqında danışdığımız yeməyin hazırlanması asan olsa da bişməsi üçün nə az nə çox bir sutka gözləmək lazımdı.

Tərkibi:
1. Quzu əti
2. Quyruq
3. Alça qurusu
4. Şabalıd
5. Noxud
6. Soğan
7. Zəfəran
8. Duz, istiot

Gil qabın içərisinə sümüksüz ət, noxud, üzərinə quyruq qoyularaq soyuq su ilә doldurulur vә ocağa yerlәşdirilir. Zövqə görə duz, istiot və zəfəran vurulub sobaya yerləşdirilir. Әtin kәfi çıxdıqca yığılır. Kәf qalmadığına tamamilә әmin olunduqdan sonra xırda­xırda doğranmış soğan yemәyә tökülür,bu vәziyyәtdә vam odda qaynadılır.

Bu vaxt pitinin içinә alça qurusu vә soyulmuş şabalıd atılır. İyirmi ildən çox bu işlə məşğul olan Asif Xəlilovun sözlərinə görə piti boyat yeyilsə daha yaxşı olar. Pitinin yanında sumaq vә tәmizlәnmiş baş soğan verilir.

Nuş olsun!

Xəbər lenti
0