"Google"dan tarixi yenilik

© Photo : PixabayGoogle
Google - Sputnik Azərbaycan
Abunə olmaq
Şirkətin rəhbəri yeni sistemin tərcüməni ədəbiyyat tərcüməsi kimi edəcəyini bildirib

BAKI, 16 noy — Sputnik. "Google" şirkəti tərcümə sahəsində daha bir yeniliyə imza atıb. Kəlmə tərcüməsi əvəzinə gündəlik danışığa yaxın, qrammatikaya uyğun tərcümə imkanı tətbiq olunub. Sputnik bu barədə haberturk-ə istinadən xəbər verir.

Штаб-квартира Google в округе Маунтин-Вью, штат Калифорния, США - Sputnik Azərbaycan
“Google”dan virtual reallıq sistemi

"Google" tərcümə (Translate) türk dili də daxil olmaqla, 8 dildə düşünərək tərcümə edəcək. İngiltərənin paytaxtı Londonda yeni tərcümə metodunu təqdim edən şirkətin direktoru Sundar Piçai 8 dildə kəlmə tərcüməsi əvəzinə gündəlik danışığa yaxın qrammatikaya uyğun tərcüməyə başlanıldığını açıqlayıb.

O deyib ki, bu sistem bütün cümlələri bir-bir tərcümə etmək əvəzinə bir dəfəlik tərcümə edərək, paraqraflar və məqalələrin oxunmasını daha asan edir. Yeni sistemin tərcüməni ədəbiyyat tərcüməsi kimi edəcəyini vurğulayan Piçai bildirib ki, yazıçı Jorge Luis Borgesin bir cümləsi ingiliscəyə normal necə tərcümə edilirsə elə tərcümə ediləcək.

Hazırki 8 dilli sistemi 103 dilə çatdırmağı hədəflədiklərini deyən Piçai, bunun miqrantlar üçün çox sərfəli olduğunu vurğulayıb.

Xəbər lenti
0