CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

“Google”dan virtual reallıq sistemi

© AFP 2024 / KIMIHIRO HOSHINOШтаб-квартира Google в округе Маунтин-Вью, штат Калифорния, США
Штаб-квартира Google в округе Маунтин-Вью, штат Калифорния, США - Sputnik Azərbaycan
Abunə olmaq
Əlavə reallıq əsasən oyunlara tətbiq olunur. Lakin “Tango”nun imkanları bununla məhdudlaşmır.

“Google” şirkəti mobil qurğular üçün “Tango” adlı əlavə reallıq sistemini təqdim edib. Hələlik sistem yalnız yeni satışa çıxarılan “Lenovo Phab2 Pro” smartfonlarında işləsə də, növbəti ildə bu kimi qadjetlərin sayının artırılması nəzərdə tutulub.

AZƏRTAC xəbər verir ki, əlavə reallıq əsasən oyunlara tətbiq olunur. Lakin “Tango”nun imkanları bununla məhdudlaşmır. Məsələn, “iStaging” proqramı müştərilərin evində mebelin necə görünəcəyini nümayiş etdirmək imkanına malikdir. “Tango”nun potensialının bu istiqamətdə inkişaf etdirilməsi internet-mağazalarda alış-verişin daha rahat olmasına şərait yaradacaq.

Bəzi şirkətlər artıq geyimlər üçün əlavə reallıqdan istifadə edir. Banklarda isə şöbələrin müasirləşdirilməsi üçün bu texnologiyadan istifadə olunması planlaşdırılır.

Qeyd edək ki, hazırda “Tango” 35 proqram vasitəsilə dəstəklənir.

Xəbər lenti
0