CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda dövlət müəssisələri kütləvi satışa çıxarılır

© Photo : APAAzərbaycan Dövlət Musiqili Komediya Teatrı
Azərbaycan Dövlət Musiqili Komediya Teatrı - Sputnik Azərbaycan
Abunə olmaq
Onların arasında xəstəxanalar, poliklinikalar, istirahət mərkəzləri, maşınqayırma zavodları, iri istehsal və xidmət müəssisələri var

BAKI, 16 noy — Sputnik. Azərbaycan hökuməti, dövlətə məxsus olan ən cəlbedici obyektləri özəlləşdirməyə açıq elan edib. Fins.az-ın məlumatına görə, söhbət Bakıda və rayolarda yerləşən dövlət xəstəxanaları, poliklinikalar, istirahət mərkəzləri və sanatoriyalar, maşınqayırma zavodları, balıq zavodları, ayrı-ayrı dövlət təşkilatlarının tərkibindəki iri istehsal və xidmət müəssisələrindən gedir.

Gömrük Hospitalı, Dəmiryol xəstəxanası və…

Xəstəxana - Hospital - Sputnik Azərbaycan
SƏHİYYƏ
Azərbaycandakı xəstəxanalar nə dövlətin olacaq, nə də özəl

Qeyd edildiyi kimi, bu dəfə özəlləşdirməyə çıxarılan müəssisə və obyektlərin arasında çoxsaylı tibb müəssisələri, poliklinikalar və məşhur xəstəxanalar da var. Bura Gömrük Hospitalı, Mərkəzi Dənizçilər Xəstəxanası (Kaspar) və onun nəzdindəki uşaq poliklinikası, Dəmiryol, Sutikinti xəstəxanaları, eləcə də Heydər Əliyev prospektində yenicə inşa edilən və hələ tam fəaliyyətə başlamamış Sağlamlıq Mərkəzi də var. Özəlləşdirilən obyektlər arasında Respublika Uşaq Sanatoriyası da var.

Uşaq Stamotoloji mərkəzi özəlləşəcək

Özəlləşdirməyə açılan obyektlərin bir hissəsi stomatoloji poliklinikalardır. Onların arasında Bakının Nərimanov rayonu, Təbriz küçəsində (Nərimanov metrosunun yaxınlığı) yerləşən tanınmış Respublika Uşaq Stomatologiya Mərkəzi də var. Bundan başqa, Sumqayıt, Lənkəran və Beyləqandakı stomatoloji poliklinikalar, eləcə də Bakının Bülbül prospektindəki M.Əliyev adına Təsərrüfat hesablı Respublika Poliklinikası da özəlləşdiriləcək.

Bakı və Gəncə vağzalındakı otellər özəlləşəcək

Özəlləşdirməyə çıxarın müəssisələrin bir hissəsi Dövlət Dəmiryolunun nəzdindəki obyektlərdir. Belə ki, Bakı Dəmir Yolu Vağzalının mehmanxanası və Gəncə Dəmir Yolu Vağzalının mehmanxana kompleksi də özəlləşdiriləcək. Qurumun nəzdindəki Bakı Vaqon Təmiri Zavodu da özəl əllərə veriləcək.

11 dəmiryol xəstəxanası özəlləşəcək

Bundan başqa Dəmiryol Yollarının Bakıda və rayonlardakı dəmiryol xəstəxanaları və ambulatoriyaları da özəlləşdiriləcək. Bura Bakı Dəmir Yolu Xəstəxanası, Mərkəzi Dəmir Yolu Xəstəxanası Mərdəkandakı Əncirli Uşaq Dəmir Yolu Xəstəxanası, Gəncə, Hacıqabul, İmişli, Ələt, Salyyandakı dəmiryol xəstəxanaları aiddir. Bundan başqa, dəmiryol idarəsinin poliklinikaları və ambulatoriyaları da özəlləşdirilən obyektlər arasındadır.

Məşhur otellər də özəlləşməyə çıxarıldı

Qərara əsasən, indiyədək müxtəlif dövlət qurumlarının nəzdincə olan istarahət mərkəzləri, sanatoriyalar, istirahət zonaları, otel və mehmanxanalar da özəlləşəcək. Belə ki, Mərdəkanda ötən il fəaliyyətə başlayan məşhur «Dalğa» istirahət mərkəzi, Mingəçevirdəki «Kür Mehmanxanası», Balakəndəki «Qubek oteli» də özəlləşdiriləcək müəssisələr arasındadır.

Azərbaycanın yeganə avtomobil zavodu özəlləşdirilir

Yeni qərarla özəlləşdrməyə açılan obyektlər arasında ən məşhuru Gəncə Avtomobil Zavodu durr. Qeyd edək ki, hazırda fəaliyətni dayandırmış və ya qismən davam etdirən müəssisələrdən fərqli olaraq Gəncə avtomobil zavodu fəaliyyət göstərir və ölkə daxilində və xaricə ixrac üçün maşın və traktorlar istehsal edir.

Yeraltı dayanacaqlar da özəlləşəcək

Bakıda özəlləşdirməyə çıxarılan ən cəlbedici obyektlərdən biri də yeraltı dayanacaqlar olacaq. Söhbət Azadlıq Meydanındakı və Füzuli küçəsindəki (Qış bağının altındakı yerləşən) yeraltı avtomobil dayanacaqlarından gedir. Hazırda bu dayanacaqlar Bakı şəhər icra hakimiyyətinin nəzdində fəaliyyət göstərir.

Tələbə. Arxiv şəkli - Sputnik Azərbaycan
ELM
Özəl universitetlərin başı üzərində "qara buludlar"

«Vətən» və «Dostluq» kinoteatrları da satılacaq

Bu dəfə özəlləşdirməyə Bakıda və rayonlardakı 22 kinoteatr çıxarılıb. Onların arasında Bakıdakı məşhur obyektlər — «Vətən» və «Dostluq» kinoteatrları da var.

Nərə və qızıl balıq zavodları özəlləşdiriləcək

Özəlləşməyə çıxarılan obyektlər arasında çoxsaylı balıq zavodları da var. Bura Ekologiya Nazirliyinin nəzdindəki 9 müəssisə daxildir. Onların arasında «Kür-Təcrübəvi Nərə Balıqartırma Zavodu»nu, «Çaykənd Qızılbalıqartırma Zavodu»nu, Qəbələ, Şirvan və Varvara balıq zavodlarını, eləcə də Tovuzdakı Balıçılıq təsərrüfatını qeyd etmək olar.

İdman zalları, köməkçi obyektlər

Özəlləşdirməyə Dövlət Məşğulluq xidmətinin 90-dan artıq müəsssəsini, hansı ki, əksəriyyəti kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğuldur, çıxarılıb. Bundan başqa, ali məktəblərin idman zalları və idma obyektləri, o cümlədən Texniki Universitetin şəhərin mərkəzindəki idman zalı da özəlləşdiriləcək. Digər məşğul obyktlər sırasında Bakıdakı «Cıdır Meydanı» da var.

Maşınqayırma zavodları da satışdadır

Eləcə də 12 maşınqayırma zavodu və institutu özəlləşdirtiləcək. Bura Bakının müxtəlif ərazilərindəki, o cümlədən Səbail, Suraxanı və Balaxanıdakı zavodlar, eləcə də "B.Sərdarov adına Maşınqayırma zavodu" və "Bakı Fəhləsi Maşınqayırma Zavodu" da daxildir.

Ümumilikdə özəlləşdirməyə açıq elan edilən müəssisələrin sayı 352-dir. Bunlardan 215-i dövlət müəssisə və obyektləri, 137-si isə orta müddətli dövrdə dövlətin mülkiyətində qalanacq təşkilatların nəzdindəki qeyri-profil müəssisə və obyektlərdir.

Xəbər lenti
0