Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Azərbaycandakı xəstəxanalar nə dövlətin olacaq, nə də özəl

© Sputnik / Valeriy MelnikovXəstəxana - Hospital
Xəstəxana - Hospital - Sputnik Azərbaycan
Abunə olmaq
Mütəxəssislərin fikrincə, tibb müəssisələrinə publik hüquqi şəxs statusu verilməsi icbari sığorta sisteminin tətbiqi ilə əlaqəlidir

BAKI, 27 okt — Sputnik. Azərbaycanda publik hüquqi şəxs statusunda fəaliyyət göstərəcək dövlət xəstəxanaları qismən, bələdiyyə xəstəxanaları isə əsasən pullu xidmət göstərəcək. Bu, Nazirlər Kabinetinin "Dövlət orqanlarının və səhmləri dövlətə məxsus olan hüquqi şəxslərin tabeliyindəki tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi"nə etdiyi dəyişiklikdə əksini tapıb.

Mərkəzi Neftçilər Xəstəxanası - Sputnik Azərbaycan
SƏHİYYƏ
Dövlət xəstəxanaları ləğv edilir

Nizamnaməyə əsasən, indiyə qədər dövlət xəstəxanalarının vəzifəsi pulsuz tibbi xidmət göstərmək olub. Bu müəssisələrin yalnız növləri Nazirlər Kabineti tərəfindən müəyyən edilən ixtisaslaşdırılmış pullu tibbi yardım göstərmək hüququ var idi. Dəyişikliyə əsasən isə bundan sonra dövlət xəstəxanaları yalnız "Əhalinin sağlamlığının qorunması haqqında" qanunla müəyyən edilmiş hallarda pulsuz xidmət göstərəcək. Eyni zamanda, dövlət adından yaradılan müəssisələrdə əvvəlki qaydada növləri Nazirlər Kabineti tərəfindən müəyyən edilən ixtisaslaşdırılmış pullu tibbi yardım xidməti olacaq.

Nizamnaməyə edilən digər dəyişikliyə əsasən, bələdiyyə adından yaradılan müəssisələrdə pullu tibbi xidmət göstəriləcək. Yalnız "Əhalinin sağlamlığının qorunması haqqında" qanunda müəyyən edilmiş pulsuz tibbi xidmət göstərmə halları istisna olacaq. Qeyd edək ki, "Əhalinin sağlamlığının qorunması haqqında" qanun pullu və pulsuz tibbi xidmətlərlə əlaqədar istisnaları müəyyən edir.

© © Vaqif Qarayevin şəxsi arxivindənVaqif Qarayev
Vaqif Qarayev - Sputnik Azərbaycan
Vaqif Qarayev

"Böyük ehtimalla dövlət tabeliyində olan müəssisələri də pullu edib, icbari tibbi sığortanı tətbiq etməyə çalışırlar. Yəni, bütün əhalini sığortalaya bilməyiblər, xüsusilə işləyən əhalini. Sığorta barədə, ancaq işsiz kateqoriya üçün danışılır, işləyənlər barədə heç bir söhbət yoxdur", — sözügedən dəyişikliyi Sputnik-ə şərh edən, pediatr Vaqif Qarayev belə deyib.

Həkim Rasif Bağırov isə hesab edir ki, bu addımın atılması ölkədə müəyyən iqtisadi problemlərin olmasına görə, büdcəyə müəyyən qədər vəsaitin gətirilməsinə görə ola bilər. "Aydın məsələdir ki, bu sahədə müəyyən sahələrində böyük pullar fırlanır. İndi bu pulların leqal formaya çevrilib büdcəyə yönəldilməsinə şərait yaratmaq istəyirlər. Düşünürəm ki, bu proses əhaliyə göstərilən tibbi xidməti daha da pisləşdirəcək", — o, Sputnik-ə açıqlamasında bildirib.

© Photo : APASəhiyyə Nazirliyinin hüquqi nəzarət sektorunun müdiri Elxan Əzizov
Səhiyyə Nazirliyinin hüquqi nəzarət sektorunun müdiri Elxan Əzizov - Sputnik Azərbaycan
Səhiyyə Nazirliyinin hüquqi nəzarət sektorunun müdiri Elxan Əzizov

Səhiyyə Nazirliyinin Hüquq və daxili nəzarət sektorunun müdiri Elxan Əzizov isə Sputnik-ə açıqlamasında deyib ki, hökumət hüquqi sənədləşməni bugünkü qanunvericiliyin tələblərinə uyğunlaşdırır: ""Publik hüquqi şəxslər" haqqında qanun qəbul olunub. Publik hüquqi şəxslərin də özlərini maliyyələşdirib saxlaya bilməsi üçün pullu xidmətlər göstərmək imkanı olacaq. Müxtəlif sahələrdə, o cümlədən səhiyyə sahəsində tibb müəssisələri publik hüquqi şəxslər olacaq. Amma onlar yenə də dövlət müəssisələri olacaq və icbari tibbi sığorta sisteminə keçənə qədər vətəndaşlara pulsuz xidmətlər göstərməyə davam edəcək. Müəssisələr üçün pullu xidmət göstərmək imkanı Nazirlər Kabinetinin yeni qərarında əks olunur. Artıq müəssisələr dövlətin büdcəsindən pul almayacaq, pulu sığorta şirkətindən alacaq".

O, bildirib ki, pullu xidmətlərin yaxın zamanda tətbiqi nəzərdə tutulmur: "İcbari tibbi sığorta sistemi tam işə düşməyənə qədər bu, tətbiq edilməyəcək. Sığorta sistemi tətbiq olunduqdan sonra dövlət müəssisələrində pullu xidmətlər tətbiq olunacaq. Nazirlər Kabineti pullu xidmətlərin hansı xidmətlərə aid olacağını müəyyən etdikdən sonra o mexanizm işə düşə biləcək".

© Photo : Qalib Togrulİqtisadi araşdırmalar mərkəzinin rəhbəri Qalib Toğrul
İqtisadi araşdırmalar mərkəzinin rəhbəri Qalib Toğrul - Sputnik Azərbaycan
İqtisadi araşdırmalar mərkəzinin rəhbəri Qalib Toğrul

İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qalib Toğrul isə Sputnik-ə açıqlamasında deyib ki, publik hüquqi şəxs son vaxtlar bütün dünyada bir idarəetmə formasıdır: "Bu, əslində ictimai idarəetmə ilə dövlət idarəetməsinin qarışıq bir formasıdır. Yəni, bu, tam şəkildə nə dövlətdir, nə də ictimai idarəetmə forması. Ortada olan bir şeydir. Bunun həm təsərrüfat fəaliyyəti, həm maliyyə fəaliyyəti həm də idarə olunması ilə bağlı müəyyən müstəqillikləri var. Söhbət dövlət müəssisələri olan xəstəxanalardan gedirsə, çox yaxşı olardı ki, onun idarə olunması ilə bağlı kollegial şəkildə bir orqan yaradılsın. Yəni, qanun buna icazə verib. Ya da ola bilər ki, bir nəfər rəhbər-idarəedici olsun".

Ekspert bunu, daha çox büdcədən səhiyyəyə yönələn xərclərin azaldılması məqsədilə yəni, bu cür dövlət müəssisələrinin özünü maliyyələşməyə keçməsi məqsədilə atılmış addım kimi qiymətləndirir: "Bu addımın büdcənin yükünün azaldılması istiqamətində əhəmiyyətli rolu olacaq. Gözləyirəm ki, hələ bundan sonra, məsələn, uşaq evləri, qapalı və açıq tipli təlim-tərbiyə müəssisələri, təhsil müəssisələri ilə bağlı da bu cür idarəetmə formalarından istifadə etsinlər".

Bələdiyyə xəstəxanalarının yaradılmasına gəlincə, ekspert bildirib ki, bu, indiki vaxtda real olan məsələ deyil: "Hazırda bələdiyyələrin elə də maliyyə imkanları yoxdur ki, öz xəstəxanalarını yaradıb pullu xidmət göstərsinlər. Digər bir məsələ qanunvericiliklə bağlıdır. Bələdiyyə müəssisələri ilə bağlı bələdiyyə qanunvericiliyində bir çox ziddiyyətli məqamlar var. Mülki Məcəllə də buna imkan vermir".

"Hansısa bələdiyyə tərəfindən yaradılan müəssisənin təsisçisinin bələdiyyə olması ilə bağlı Azərbaycanda elə bir təcrübə yoxdur. Yəni, hansısa bələdiyyə müəssisəsi olsun və onun təsisçisi bələdiyyə olsun. Bu da Vergilər Nazirliyi tərəfindən bu şəkildə qeydə alınsın. Belə bir təcrübə yoxdur. İlk növbədə bu cür bələdiyyə müəssisələrinin yaradılması üçün Mülki Məcəllədə olan müvafiq müddəalara dəyişiklik olmalıdır", — Q. Toğrul bildirib.

Xəbər lenti
0