Avropa İttifaqı Türkiyə ilə müzakirələrin dayandırılması təklifini qəbul etmədi

© AFP 2024 / EMMANUEL DUNANDAlmaniya xarici işlər naziri Frank Volter Steynmeyer
Almaniya xarici işlər naziri Frank Volter Steynmeyer - Sputnik Azərbaycan
Abunə olmaq
Avstriyanın "Türkiyə ilə müzakirələr dayandırılsın" çağırışına dəstək gəlməyib

BAKI, 15 noy — Sputnik. Avropa İttifaqı (Aİ) xarici işlər nazirləri Türkiyədə son dövrdə, xüsusilə müxalifətə yönəlik əməliyyatları tənqid etməklə yanaşı, Avstriyanın Türkiyə ilə müzakirələrin təxirə salınması çağırışına dəstək verməyib. Sputnik BBC-yə istinadla xəbər verir ki, Türkiyədəki son hadisələr Brüsseldə dünən keçirilən yığıncağın gündəmində olub. Bəzi Aİ üzvləri müzakirələrin təxirə salınmasını təklif etsə də, yığıncaqdan bu istiqamətdə bir qərarın verilməsi gözlənilmirdi.

İbrahim Kalin - Sputnik Azərbaycan
Ərdoğanın müşavirindən Avropa İttifaqına sərt ittihamlar

Müzakirələrin təxirə salınmasını təklif edən Avstriyanın xarici işlər naziri Sebastian Kurz deyib ki, Türkiyənin Avropa İttifaqında yeri yoxdur. Lüksemburq və Belçika da Türkiyəni tənqid edən digər ölkələr arasında iştirak edir. Ancaq Aİ-nin ən güclü üzvlərindən olan Fransa və Almaniya müzakirələrin təxirə salınmasının faydadan çox zərər gətirəcəyini düşünür. Aİ-dən çıxmağa hazırlaşan Böyük Britaniyanın xarici işlər naziri Boris Johnson da Türkiyənin küncə sıxışdırılmasını qəbul etmədiklərini bildirib.

Bir Aİ səlahiyyətlisi 15-16 dekabrda keçiriləcək liderlər zirvəsində Türkiyədəki vəziyyətin nəzərdən keçiriləcəyini söyləyib. Həmin səlahiyyətli deyib ki, müzakirələrin təxirə salınması üçün əksəriyyətin səsi lazımdır. Ancaq bu mərhələdə əksəriyyətin səsinin təmin edilməyəcəyi bəllidir.

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Parlamentinin sədri Martin Şultsun "Edam geri gələrsə, müzakirələr dayanacaq" sözlərinə sərt cavab vermişdi. Şultsa xitabla "Sən kimsən?" deyən Ərdoğan, Aİ-yə üzvlük müzakirələrinin də referenduma çıxarıla biləcəyini söyləyib.

Ərdoğan deyib: "İlin sonuna qədər səbir edək. Sonra millətə gedək. Hakimiyyət qeydsiz şərtsiz millətin deyilmi?".

Xəbər lenti
0