Ərdoğanın müşavirindən Avropa İttifaqına sərt ittihamlar

© Photo : haber.sol.org.trİbrahim Kalin
İbrahim Kalin - Sputnik Azərbaycan
Abunə olmaq
İbrahim Kalın: "Aİ özünü demokratiya, insan haqlarının sahibi kimi göstərir, amma hər hansı namizəd ölkədə demokratiyaya qarşı yaşanan ən böyük hücuma zəif reaksiya göstərərək ümidləri puça çıxarır"

BAKI, 19 avq — Sputnik. Türkiyə Prezidentinin müşaviri İbrahim Kalın, Avropa İttifaqının 15 iyul çevriliş cəhdindən sonra Türkiyəyə qarşı sərgilədiyi mövqeyin, hətta Avropa tərəfdarı olan türk vətəndaşlarının da ümidlərini puça çıxardığını deyib. Sputnik Trt-yə istinadən xəbər verir ki, İbrahim Kalın, Brüsseldə yayımlanan "Politico" qəzeti üçün yazdığı "Brüsselin bir problemi var" başlıqlı məqaləsində, Avropa İttifaqının 15 iyul qanlı çevriliş cəhdindən sonra nümayiş etdirdiyi mövqeyi sərt şəkildə tənqid edib.

Президент Турции Реджеп Тайип Эрдоган выступает перед своими сторонниками в Президентском дворце. Анкара, 10 августа 2016 года - Sputnik Azərbaycan
Ərdoğan PKK-nın terror aktlarının arxasında FETÖ-nun durduğunu deyib

O, yazdığı məqaləsində Türkiyədə yaşanan uğursuz çevriliş cəhdinin sadəcə Türkiyə xalqı üçün deyil, Türkiyə-Avropa İttifaqı əlaqələri baxımından da dönüş nöqtəsi olduğunu vurğulayıb. Kalın qeyd edib ki, "Avropa İttifaqı özünü demokratiya, insan haqlarının sahibi kimi göstərir, amma hər hansı namizəd ölkədə demokratiyaya qarşı yaşanan ən böyük hücuma zəif reaksiya göstərərək ümidləri puça çıxarır".

Türkiyənin hər zaman olduğundan daha güclü və birlik-bərabərlik içində olduğunu bildirən Kalın yazır: "Təəssüf ki, Brüssel bu birlik-bərabərlik ruhunu hədəfdən yayındırmış kimi görünür. Türkiyə indiyədək PKK və İŞİD olmaqla, iki böyük terror təşkilatı ilə mübarizə aparırdı. 15 iyul çevriliş cəhdindən sonra üçüncü bir terror təşkilatı ilə qarşı-qarşıya olduğumuz açıq-aşkar ortaya çıxdı".

Prezidentin müşaviri əlavə edib ki, Türkiyədən bu mübarizəni tək başına aparmasını gözləmək nə həqiqətlərlə üst-üstə düşər, nə də əxlaq baxımından düzgündür: "Avropalı və amerikalı müttəfiqlərimiz bizə vacib olan dəstəyi göstərməlidir".

Xəbər lenti
0