Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Suriya ilə bağlı yeni problem meydana çıxa bilər

© Sputnik / Murad Orujov"Cənubi Qafqaz" politoloqlar klubunun 47-ci iclası
Cənubi Qafqaz politoloqlar klubunun 47-ci iclası - Sputnik Azərbaycan
Abunə olmaq
Politoloqlar hesab edirlər ki, ABŞ və Rusiyanın razılığa gəlmə ehtimalı hələ Suriya böhranının həll olunması demək deyil

BAKI, 15 noy — Sputnik. "Tramp Suriyadan əl çəkib Moskva ilə razılaşsa, Əsəd məsələsi yenə ortaya çıxacaq". Bunu noyabrın 15-də Sputnik Beynəlxalq Mətbuat Mərkəzində keçirilən tədbirdə politoloq Rasim Ağayev deyib.

Türkiyə Silahlı Qüvvələri - Sputnik Azərbaycan
Suriyanın şimalında daha 6 kənd İŞİD-dən təmizləndi

Onun sözlərinə görə, Bəşər Əsədin hakimiyyətdən getməsi yenidən vəziyyəti pisləşdirə bilər: "Tramp öz ismarıcını səsləndirdi, lakin bir biznesmen kimi o, ticarətlə məşğul olmaq əvəzinə, nəyə görə müharibə aparmaq lazım olduğunu, bəlkə də, heç təsəvvür etmir. O, hal-hazırda Suriyada gedən dərin mülki və millətlərarası ayrılma prosesini heç təxmin də etmir. Bütün bunları nəzarət altına almaq çox çətin olacaq".

"Lakin Tramp Suriyadan əl çəkib Moskva ilə razılaşsa, Əsəd məsələsi yenə ortaya çıxacaq. Çünki Əsəd özündə ordu və siyasi qüvvələri cəmləşdirir. Onun hakimiyyətdən getməsi isə yenidən vəziyyəti pisləşdirə bilər və hər şey yenidən başlayar. Bu rola namizəd orada yetərincədir", — politoloq qeyd edib.

Rasim Ağayev bildirib ki, Yaxın Şərq regionunda sakitliyin yaranması üçün vaxt, güc və müəyyən dərrakə lazımdır: "İraqda kürdlər muxtariyyət qazanıblar. Suriyada isə məsələ tam fərqlidir. Suriya kürdlərinə Bəşər Əsəd və Rusiya tərəfindən muxtariyyət vəd olunub. De-fakto bu, mövcuddur — onlar öz ərazilərini müəyyən ediblər, məktəblərini və yerli hakimiyyət orqanlarını yaradıblar. Amma bütün bunları növbəti quruluş zamanı qanuniləşdirmək lazımdır. Bu, Suriyanın üç hissəyə parçalanmasına səbəb olacaq ən mühüm məqamlardan biridir. Bu üç hissədən biri də, şübhəsiz ki, kürd muxtariyyəti olacaq".

"Yəqin ki, onlara uzun zaman ərzində gözlədikləri federal quruluşu yaratmaq üçün kömək lazım olacaq. Sonra, müəyyən sakitlik yarana bilər. Lakin bütün bunlar vaxt, güc və müəyyən dərrakə tələb edir. Hal-hazırda isə, Suriyanın bu vəziyyətində daha vacib olan ölüm-qalım və müharibənin dayandırılması məsələləridir", — Ağayev qeyd edib.

Politoloq Arzu Nağıyevin sözlərinə görə isə, İŞİD terror qruplaşmasının liderlərindən biri "cihadı" Şimali Qafqaza keçirəcəklərini bildirib: "Bu təhlükə, əsasən Şimali Qafqaz (Rusiya Federasiyası) regionu ilə bağlıdır. Lakin belə müharibələr bizim sərhədlərə nə qədər yaxın olarsa, bir o qədər də onların bizim üçün təhlükəsi artar".

"Şimali Qafqaz deyərkən, onlar Çeçenistan və Dağıstanı nəzərdə tuturlar. Azərbaycan isə Dağıstanla həmsərhəddir. Bu sərhədin uzunluğu da kiçik deyil. Orada baş verən ən kiçik dağıdıcı təzahürlər bizə keçə bilər. Buna görə də, Azərbaycan həmişə terrorla mübarizəni dəstəkləyir. Bundan başqa, İŞİD qruplaşmasında azərbaycanlılar da var ki, onlar da Azərbaycan üçün real təhlükə yaradırlar", — deyə o bildirib.

Xəbər lenti
0