BAKI, 3 noy – Sputnik. “Suriyanın şimalında daha 6 yaşayış məntəqəsi İŞİD-dən təmizləndi”.
Sputnik “Türkiye Gazetesi”-nə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Qərargah rəisliyi məlumat yayıb.
“Suriyada başladılan “Fərat qalxanı” antiterror əməliyyatı nəticəsində daha 6 kənd İŞİD terror təşkilatından azad edilib”, — Türkiyə Silahlı Qüvvələrinin bəyanatında qeyd olunur.
Qeyd edək ki, terrorçulardan təmizlənən 6 kəndə hazırda Azad Suriya ordusunun əsgərləri nəzarət edir.