Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Cari ilin 9 ayında Azərbaycanın xarici ticarət dövriyyəsi 16 milyard dollara yaxın olub

© Photo : REPORT IABakı beynəlxalq dəniz ticarəti limanı
Bakı beynəlxalq dəniz ticarəti limanı - Sputnik Azərbaycan
Abunə olmaq
İxracın dəyəri 9579,8 milyon dollar, idxalın dəyəri 6201,5 milyon dollar təşkil edib, nəticədə 3378,3 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb

BAKI, 14 noy — Sputnik. 2016-cı ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 174 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 103 ölkəyə məhsul ixrac olunub, 168 ölkədən idxal olunub. Bu barədə Sputnik-ə Dövlət Statistika Komitəsinin (DSK) mətbuat xidmətindən məlumat verilib.

Manat və dollar - Sputnik Azərbaycan
Azərbaycanın xarici ticarət dövriyyəsi azalıb

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla, 2016-cı ilin yanvar-sentyabr aylarında xarici ticarət dövriyyəsi 15781,3 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 9579,8 milyon dollar, idxalın dəyəri 6201,5 milyon dollar təşkil edib, nəticədə 3378,3 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.

"Ticarət dövriyyəsinin 38,3 faizi Avropa İttifaqı ölkələri, 12,1 faizi MDB üzvü dövlətləri, 49,6 faizi isə dünyanın digər ölkələrinin payına düşüb", — Komitədən bildirilib.

İxrac edilmiş məhsulların ümumi dəyərində xam neft, təbii qaz, neft məhsulları, meyvə-tərəvəz, alüminium və ondan hazırlanan məmulatlar, plastik kütlə, qara metallar və onlardan hazırlanan məmulatlar, şəkər, kimya sənayesi məhsulları, pambıq ipliyi və bitki yağlarının, idxal olunmuş məhsulların dəyərində isə maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar, ərzaq məhsulları, qara metallardan hazırlanan məmulatlar, nəqliyyat vasitələri və onların hissələri, plastik kütlə və ondan hazırlanan məmulatlar, oduncaq və ondan hazırlanan məmulatlar, əczaçılıq məhsullarının xüsusi çəkisi üstünlük təşkil edib.

Xəbər lenti
0