Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanın xarici ticarət dövriyyəsi azalıb

© Sputnik / Murad OrujovManat və dollar
Manat və dollar - Sputnik Azərbaycan
Abunə olmaq
Ticarət dövriyyəsinin 39,4 faizi Avropa İttifaqı ölkələrinin, 15,9 faizi MDB üzvü ölkələrinin, 44,7 faizi isə digər ölkələrin payına düşüb.

BAKI, 17 sen-Sputnik. 2016-cı ilin yanvar-iyul aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 9347,1 milyon ABŞ dolları təşkil edib.

Dövlət Statistika Komitəsindən Sputnik-ə bildiriblər ki, ticarət dövriyyəsinin 4589,8 milyon dollarını və ya 49,1 faizini ölkədən ixrac olunmuş məhsulların, 4757,3 milyon dollarını (50,9 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib, nəticədə 167,5 milyon dollar məbləğində mənfi saldo yaranıb.

2015-ci ilin eyni dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsi müqayisəli qiymətlərlə 13,2 faiz, o cümlədən ixrac 14,9 faiz, idxal isə 10,9 faiz azalıb. Ticarət dövriyyəsinin 39,4 faizi Avropa İttifaqı ölkələrinin, 15,9 faizi MDB üzvü ölkələrinin, 44,7 faizi isə digər ölkələrin payına düşüb. 

İdxalın ümumi dəyərinin 28,1 faizi Avropa İttifaqı ölkələrinin, 23,8 faizi MDB üzvü ölkələrinin, 48,1 faizi isə digər ölkələrin payına düşüb. 

İxracın ümumi dəyərinin 51,2 faizi Avropa İttifaqı ölkələrinin, 7,6 faizi MDB üzvü ölkələrinin, 41,2 faizi isə digər ölkələrin hesabına formalaşıb.

2016-cı ilin yanvar-iyul aylarında qeyri-neft məhsullarının ixracı 2015-ci ilin eyni dövrünə nisbətən 26,1 faiz azalaraq 662,1 milyon dollar təşkil edib.

Xəbər lenti
0