BAKI, 14 noy-Sputnik. Dünya Çempionatı-2018-in seçmə mərhələsində keçirilən Yunanıstan — Bosniya və Hersoqovina oyununda maraqlı hadisə baş verib.
Sputnik Dailymail-ə istinadən xəbər verir ki, Bosniya və Herseqovinanın futbolçu Edin Dzeko oyun zamanı ona qarşı kobud davranan Yunanıstan komandanın üzvü Sokratis Papastatopulosdan "heyif çıxmaq" üçün onun şortikini çıxarıb.
Nəticədə komandalar arasında gərginlik yaşanıb və hakim Edin Dzekova qırmızı vərəqə verərək meydandan qovub.