Doğru hesab etdiyimiz yanlışlar - maraqlıdır

CC0 / RobinHiggins / shokeTəəccüblənmiş adam, arxiv şəkli
Təəccüblənmiş adam, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Əksəriyyətin inandığı, lakin heç bir həqiqətə söykənməyən faktlar

BAKI, 13 noy — Sputnik. Bəzən insanlar yanlış məlumatlara kor-koranə şəkildə inanırlar və bu məlumatlar tədricən doğru kimi qəbul edilir. Sputnik Trend-ə istinadən əksəriyyətin inandığı, lakin heç bir həqiqətə söykənməyən bəzi məlumatları təqdim edir:

Xərçəng xəstələri üçün nəzərdə tutulmuş müxtəlif növ həblər, arxiv şəkli - Sputnik Azərbaycan
SƏHİYYƏ
Xərçəng dərmanları barədə dəhşətli həqiqətin üstü açıldı

— "Ağıllı telefon"ları bütün gecə elektrik cərəyanına qoşulmuş vəziyyətdə saxlamaq batareyaya zərərlidir".

— "Çin səddi kosmosdan adi gözlə görünür". Halbuki Çin səddi kosmosdan görünə biləcək qədər böyük deyil. Kosmodan yalnız işıqlar aydın görünür.

— "Timsah bizi qovarsa, xilas olmaq üçün ziqzaq formasında qaçmaq lazımdır". Timsahlar quruda nadir hallarda ov edir. Bir timsahın quruda maksimum sürəti saatda 15 km-dir.

— "İnsanlar beyinlərinin sadəcə 10 faizindən istifadə edirlər".

— "Buğaların qırmızı rəngdən xoşu gəlmir". Əslində isə buğaları matadorların hərəkətləri əsəbiləşdirir.

— "İldırım eyni yerə iki dəfə düşə bilməz". İldırım eyni yerə dəfələrlə düşə bilər.

— "Özümüzü nasaz hiss edəndə C vitamini qəbul etsək, xəstələnmərik".

— "Yanacaqdoldurma stansiyalarında mobil telefondan istifadə etmək təhlükəlidir". Bu günə qədər YDM-lərdə mobil telefona görə hansısa partlayış və ya yanğın hadisəsi qeydə alınmayıb.

— "Suşi yaponca "çiy balıq" deməkdir". Suşi yaponca "duzlu düyü" mənasını verir.

— "Milçəyin ömrü 24 saatdır". Milçəklərin ömrü təxminən 1 aydır.

— "Günəş sistemində 9 planet var". Günəş sistemində 8 planet var. Pluton planet xüsusiyyətlərinə malik olmadığı üçün 2006-cı ildən planet sayılmır.

— "Dovşanların daha çox kökdən xoşu gəlir". Bu, sadəcə cizgi filmlərində belədir. Əslində dovşanlar daha çox göyərti yeməyi xoşlayır.

— "Sezar salatının adı məşhur Roma imperatoru Yuli Sezarın adından götürülüb". Bu salatı 1924-cü ildə Sezar Kardini adlı italyan aşpaz hazırlayıb. Salat da aşpaza görə belə adlandırılıb.

— SOS sözünün mənası gəmilərin fövqəladə vəziyyətlərdə göndərdiyi "Save Our Ship" sözlərinin baş hərfləridir. Yani "Gəmimizi xilas edin".

Xəbər lenti
0