BAKI, 12 noy — Sputnik. Amerikanın Con Hopkins tibb məktəbinin (Nebraska) alimləri insanın koqnitiv qabiliyyətlərini sıradan çıxararaq dəli edən virusu aşkara çıxarıblar. Sputnik xarici mediaya istinadla xəbər verir ki, tədqiqatın nəticələri The Independent nəşrində yayınlanıb.
Tədqiqat zamanı alimlər insanın boğazında toplanmış patogen mikrofloraya diqqət yetiriblər. Məlum olub ki, məhz buradakı bir virus insanların əqli qabiliyyətlərinə təsir edir. Çünki onun DNT-ləri yaşıl yosunlara təsir edən bakteriyaların DNT-ləri ilə oxşardır.
Sonra eksperimentin iştirakçısı olan 90 nəfər arasında aparılan sorğuların nəticələri fikir adamlarının ehtimallarını təsdiqləyib. 45% könüllünün orqanizmində daşıyıcı viruslar müsbət nəticə göstəriblər. Zamanla 40 eksperiment iştirakçısında əqli fəallığın aşağı düşdüyü və beynin xəsarət aldığı qeyd olunub.
Beləliklə, tədqiqatçılar aşkar ediblər ki, əqli qabiliyyətlər insanlara təkcə genlər vasitəsilə ötürülmür. İnsanın davranış və qavrayışlarına orqanizmdə özünə məskən salmış mikroorqanizmlər də ciddi təsir göstərə bilir.
Alimlər o qənaətə gəliblər ki, insanın beynini zədələyən və dəli edən bu virusları erkən aşkarlamaq imkanı olsa, insanları dəli olmaqdan xilas etmək mümkün olacaq.