CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kanalizasiya sularının mənşəyindən süfrəmizə gələn nemət

© Sputnik / Irade JELILMasazır Duz gölü
Masazır Duz gölü - Sputnik Azərbaycan
Abunə olmaq
Masazır duz gölünə 17 kanalizasiya xətti açılıb. Və burada duz emal olunaraq satışa çıxarılır.

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 11 noy — Sputnik. Təxminən, 3-4 il əvvələ qədər, Abşeron rayonu, Masazır qəsəbəsinin ərazisindəki duz gölü əhalinin istifadəsi üçün açıq idi. Yəni insanlar müalicə məqsədilə ilə gölə üz tutur, onun duzundan və suyundan istifadə edirdilər. 

2010-cu ildə bu ərazidə Duz Zavodu inşa edildi və zamanla Duz gölünün ətrafı hasara alındı. Hasarların qarşısına isə, duz gölünə girişin qadağan edilməsinə dair lövhələr vuruldu. Bu hadisə, ilk vaxtlar, ətrafda yaşayan və müalicə məqsədilə gölə üz tutuan insanlar tərəfindən narazılıqla qarşılansa da, get-gedə sakiblər taleləri ilə barışmalı oldular.

Bakının Kürdəxanı qəsəbəsindəki qəbiristanlığın bir hissəsi gölün içindədir - Sputnik Azərbaycan
FOTO
Azərbaycanda bu da varmış – gölün içində qəbiristanlıq

"İnsanlara başa salmağa çalışdıq ki, gölə girmək olmaz"

Məsələ ilə bağlı Sputnik-ə açıqlama verən, zavodun direktoru Nəbi Zeynalzadənin sözlərinə görə, gölün ətrafının hasarlanması gigiyenik cəhətdən vacibdir: "Zavod inşa ediləndən sonra, ərazinin ətrafı bağlanmalı idi. Bu, təmizlik baxımdan mühümdür. Buna görə də məcburən rayon icra hakimiyyəti və Səhiyyə Nazirliyinin qərarı ilə gölün ətrafı hasarlandı. Bu da böyük xərc hesabına başa gəldi".

"İnsanlar müalicə üçün xüsusi yerlərə müraciət edə bilərlər. Amma bu gölə gəlmələri gigiyena baxımından düzgün hesab olunmurdu. Biz zamanla insanlara başa salmağa çalışdıq ki, daha gölə girmək olmaz, burada qida duzu istehsal ediləcək və buna görə də gölə girmək gigiyenik baxımdan düzgün deyil. Bizi başa düşən də oldu, başa düşməyən də", — direktor bildirib.

Gölə çirkab sularının axıdılmasına gəldikdə, N. Zeynalzadənin sözlərinə görə, gölün yaxınlığında, Zəngilan rayonundan məcburi köçkün olan ailələr yaşayır, lakin öz kanalizasiya sularının gölə axıtmırlar: "Bu cür hallar rastlaşmamışıq. Adi suların isə zavodun istehsal etdiyi duza heç bir təsiri yoxdur. Çünki duz hazır vəziyyətə gələnə qədər bir çox prosedurlardan keçir".

"Ətrafda gördüyünüz xoşagəlməz mənzərə isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məsuliyyətinə daxildir. Nazirlik bu suların qarşısının alınmasına çalışmalıdır. Bir ev tikilən kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi gəlir ki, "bu evin kanalizasiya sistemi hara axır?". Nə olsun ki, ərazi "Azərsun Holding"ə məxsusdur. Nazirlik təmizlikdən məsuldur", — N. Zeynalzadə əlavə edib.

Gölə açılan 17 kanalizasiya xətti

"Azərsun Holding"in yetkinlisi Rza Məmmədov da Sputnik əməkdaşı ilə söhbətində, kənardan daxil olan suyun duzun keyfiyyətinə heç bir təsir etmədiyini deyib: "Çünki duz maddə olaraq mikrob götürmür. Bundan əlavə, duz zavoda daxil olandan sonra böyük vakum, qaynadılma prosesi keçir. Duz istehsalata gəlmək üçün çox proseslərdən keçir və istehsalat zamanı yodlaşdırıldıqdan sonra qablaşdırılır. Yəni istənilən halda axan suların duza təsiri yoxdur".

Şirkət rəsmilərinin arqumentləri ilə yanaşı, onu da qeyd etməliyik ki, hazırda gölə 17 kanalizasiya xətti açılır və hər gün axıntı sular gölə tökülür.

"Gölə axıdılan sular çirklidir"

Zabratın su altında qalmış küçələri - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bura Bakıdır, heyrətlənməyin

Məsələ bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) sektor müdiri Mirsalam Qəmbərov Sputnik-ə deyib ki, əgər gölə axıdılan su təsərrüfat sularıdırsa, o zaman həmin su balıqçılıq təsərrüfatı üçün mövcud olan normalara cavab verməlidir. Əgər su bu normaya cavab vermirsə, çirklənmiş su hesab edilir və nəticədə bioloji varlıqların normal yaşaması üçün problemlər yaranır. Təsərrüfat sularının qatılığı müəyyən normalara uyğun olmalıdır".

Onun sözlərinə görə, nazirliyin aidiyyəti qurumları sözügedən göldə müəyyən tətqiqatlar aparıb: "Hazırda Masazır gölünə 17 mənbədən su axıdılır. Bu sulardan və gölün suyundan nümunələr götürülüb. Nəticələrə görə, axıdılan sularda müəyyən edilmiş standartlar normadan çox olub. Bu səbəbdən bu sular çirkləndirilmiş su hesab olunur".

"Yaşayış zamanı yaranan bütün tullantı suları təsərrüfat suları adlanır. Həmin suya "çirkli su deyil, təsərrüfat suyudur" demək doğru deyil", — ETSN rəsmisi bildirib.

M. Qəmbərov əlavə edib ki, nazirliyin müəyyən qurumları ərazidə mütəmadi olaraq yoxlama işləri aparır və həmin təsərrüfat sularını idarə edənlərə qarşı tədbirlər görülür: "Onlara qarşı inzibati sanksiyalar tətbiq edilir və sağlamlaşdırıcı tədbirlər görülür. Bu qayda ilə biz bütün Masazır gölünə su axıdan qurumlara qarşı, qanunvericilik səviyyəsində tədbirlər görmüşük. Eyni zamanda, Nazirlər Kabinetinə gölün mövcud vəziyyəti haqqında məlumat verilib. Və bu göl hansı halda təmiz hesab olduğuna dair təklif də təqdim etmişik".

© Sputnik / Irade JELIL3-4 il əvvələ qədər, Abşeron rayonu, Masazır qəsəbəsinin ərazisindəki duz gölü əhalinin istifadəsi üçün açıq idi.
3-4 il əvvələ qədər, Abşeron rayonu, Masazır qəsəbəsinin ərazisindəki duz gölü əhalinin istifadəsi üçün açıq idi - Sputnik Azərbaycan
1/7
3-4 il əvvələ qədər, Abşeron rayonu, Masazır qəsəbəsinin ərazisindəki duz gölü əhalinin istifadəsi üçün açıq idi.
© Sputnik / Irade JELILİnsanlar müalicə məqsədilə ilə gölə üz tutur, onun duzundan və suyundan istifadə edirdilər.
İnsanlar müalicə məqsədilə ilə gölə üz tutur, onun duzundan və suyundan istifadə edirdilər - Sputnik Azərbaycan
2/7
İnsanlar müalicə məqsədilə ilə gölə üz tutur, onun duzundan və suyundan istifadə edirdilər.
© Sputnik / Irade JELIL2010-cu ildə bu ərazidə Duz Zavodu inşa edildi və zamanla Duz gölünün ətrafı hasara alındı.
2010-cu ildə bu ərazidə Duz Zavodu inşa edildi və zamanla Duz gölünün ətrafı hasara alındı - Sputnik Azərbaycan
3/7
2010-cu ildə bu ərazidə Duz Zavodu inşa edildi və zamanla Duz gölünün ətrafı hasara alındı.
© Sputnik / Irade JELILHazırda gölə 17 kanalizasiya xətti açılır və hər gün axıntı sular gölə tökülür
Hazırda gölə 17 kanalizasiya xətti açılır və hər gün axıntı sular gölə tökülür - Sputnik Azərbaycan
4/7
Hazırda gölə 17 kanalizasiya xətti açılır və hər gün axıntı sular gölə tökülür
© Sputnik / Irade JELILKənardan daxil olan su duzun keyfiyyətinə heç bir təsir etmir, çünki duz maddə olaraq mikrob götürmür
Kənardan daxil olan su duzun keyfiyyətinə heç bir təsir etmir, çünki duz maddə olaraq mikrob götürmür - Sputnik Azərbaycan
5/7
Kənardan daxil olan su duzun keyfiyyətinə heç bir təsir etmir, çünki duz maddə olaraq mikrob götürmür
© Sputnik / Irade JELILBundan əlavə, duz zavoda daxil olandan sonra böyük vakum, qaynadılma prosesi keçir
Bundan əlavə, duz zavoda daxil olandan sonra böyük vakum, qaynadılma prosesi keçir - Sputnik Azərbaycan
6/7
Bundan əlavə, duz zavoda daxil olandan sonra böyük vakum, qaynadılma prosesi keçir
© Sputnik / Irade JELILDuz istehsalata gəlmək üçün çox proseslərdən keçir və istehsalat zamanı yodlaşdırıldıqdan sonra qablaşdırılır
Duz istehsalata gəlmək üçün çox proseslərdən keçir və istehsalat zamanı yodlaşdırıldıqdan sonra qablaşdırılır - Sputnik Azərbaycan
7/7
Duz istehsalata gəlmək üçün çox proseslərdən keçir və istehsalat zamanı yodlaşdırıldıqdan sonra qablaşdırılır
1/7
3-4 il əvvələ qədər, Abşeron rayonu, Masazır qəsəbəsinin ərazisindəki duz gölü əhalinin istifadəsi üçün açıq idi.
2/7
İnsanlar müalicə məqsədilə ilə gölə üz tutur, onun duzundan və suyundan istifadə edirdilər.
3/7
2010-cu ildə bu ərazidə Duz Zavodu inşa edildi və zamanla Duz gölünün ətrafı hasara alındı.
4/7
Hazırda gölə 17 kanalizasiya xətti açılır və hər gün axıntı sular gölə tökülür
5/7
Kənardan daxil olan su duzun keyfiyyətinə heç bir təsir etmir, çünki duz maddə olaraq mikrob götürmür
6/7
Bundan əlavə, duz zavoda daxil olandan sonra böyük vakum, qaynadılma prosesi keçir
7/7
Duz istehsalata gəlmək üçün çox proseslərdən keçir və istehsalat zamanı yodlaşdırıldıqdan sonra qablaşdırılır

"Azərsun" gölün xeyrini görürsə, çirklənməsini də düşünməlidir

Nazirlik yetkinlisi gölə hansı ərazilərdən su axıdıldığına da aydınlıq gətirib: "Onların bir hissəsi Novxanı qəsəbəsindən, bir hissəsi Masazırdan, bir hissəsi isə Binəqədidə təzə tikilmiş evlərdən axıdılır. Problemin kökündə o durur ki, bu ərazidə mərkəzləşdirilmiş kanalizasiya sistemi yoxdur. Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu problemi aradan qaldıran qurum deyil, bizim vəzifəmiz ondan ibarətdir ki, biz mövcud vəziyyəti qiymətləndirək və aidiyyəti qurumlara çatdıraq".

"Eyni zamanda, inzibati sanksiyalar tətbiq edir. Son prosesdə 6 fiziki şəxs, 3 hüquqi şəxs inzibati qaydada cərimə olundu. İcrası məcburi olan göstərişlər verildi. Ərazidə olan yanacaqdoldurma məntəqəsinə və "Bazarstore"a, həmçinin digər bir obyektə qarşı tədbirlər görülüb. Yəni nazirlik öz səlahiyyətləri çərçivəsində nə etməlidirsə, onu edir. Yerli icra qurumları da əhaliyə torpaq verən zaman hər şeyi nəzərə almalıdır. Məsələnin, orda tikiləcək evin, obyektin tullantısı hara gedəcək — hesablanmalıdır", — həmsöhbətimiz vurğulayıb.

O, ölkədə su təchizatını və kanalizasiya sularını idarə edən qurum olaraq "Azərsu" ASC-ni də qınamağın tərəfdarı deyil: "Ərazidə kanalizasiya sistemi yoxdur və bunun yaxın illərdə olması da mümkün deyil. Buna maliyyə vəsaiti də lazımdır. Bunun üçün dövlət proqramı var. Məsələ ilə bağlı dövlət vəsaiti ayrılan zaman "Azərsu" həmin ərazilərdə işə başlayacaq".

M. Qəmbərov onu da diqqətə çatdırıb ki, "Azərsun Holding" Masazır gölünün icarədarı olduğu üçün, orada duz istehsal etmək səlahiyyətindədir: "Əgər göl bu təşkilata məxsusdursa, bu göldən qazanc götürürsə, deməli gölün problemləri, çirklənməsi də şirkəti narahat etməlidir. "Azərsun" məsələ ilə bağlı "həyacan təbili" çalmalı, vəziyyətlə bağlı hökümət qarşısında məsələ qaldırmalıdır".

Problem "Azərsu"luq deyilmiş

“Beş Barmaq” pirinin bugünkü vəziyyəti - Sputnik Azərbaycan
CƏMİYYƏT
Məşhur ziyarətgahımızda acınacaqlı mənzərə

"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı da Sputnik-ə danışaraq, məsələyə münasibət bildirib. O, sözügedən ərazidə fərdi yaşayış evlərinin kanalizasiya sisteminin gölə axıdıldığını deyib: "Həmin ərazidə kanalizasiya şəbəkəsi olmadığına görə, "Azərsu" bu problemdə cavabdehlik daşımır. Tutaq ki, siz İsmayıllıya gedib istirahət mərkəzi yaradır və onun kanalizasiya sularını çaya axıdırsınız. Bu problemdə "Azərsu" nə qədər cavabdehdirsə, Masazır gölünə axıdılan kanalizasiya sularına da o qədər cavabdehdir. "Azərsu" kanalizasiya şəbəkəsi olmayan ərazilərə cavabdehlik daşımır. Gölə "Azərsu"ya məxsus çox kiçik bir kanal axıdılır ki, bu da gölün duz emal olunan hissəsini görmür".

"Bununla belə, "Azərsu"nun mütəxəssisləri əraziyə baxış keçiriblər və bununla bağlı gələcəkdə layihələr nəzərdə tutulub. Xırdalan, Masazır qəsəbələri ərazisində gələcək üçün layihə planlaşdırılır", — A. Cəbrayıllı qeyd edib.

Xəbər lenti
0