Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Bakıya 50-dən artıq ölkədən 700-ə yaxın idmançı gələcək

© AR Ministry of DefenseAzərbaycanın sərbəst güləşçisi Ağahüseyn Mustafayev güləş üzrə hərbçilərin 31-ci dünya çempionatının qızıl medalını qazanıb
Azərbaycanın sərbəst güləşçisi Ağahüseyn Mustafayev güləş üzrə hərbçilərin 31-ci dünya çempionatının qızıl medalını qazanıb - Sputnik Azərbaycan
Abunə olmaq
Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsi olacaq

BAKI, 11 noy — Sputnik. Noyabrın 24-dən 26-dək Bakıda Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsi baş tutacaq. Güləş Federasiyasının mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, sayca 9-cu dəfə baş tutacaq turnir Bakı İdman Sarayında keçiriləcək.

Turnirə 50-dən artıq ölkədən 700-ə yaxın iştirakçının qatılacağı gözlənilir. Proqrama əsasən, yarışların ilk günündə sərbəst güləşçilər mübarizə aparacaqlar. Noyabrın 25-də qadın, 26-da isə yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşəcək.

Qeyd edək ki, ilk görüşlər hər gün saat 10:00-da, final qarşılaşmaları saat 17:00-da başlayacaq. Turnirin rəsmi açılış mərasimi noyabrın 24-də saat 16:00-da baş tutacaq.

Xəbər lenti
0