Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Cüdoçularımız beynəlxalq reytinq cədvəlinə başçılıq edirlər

© Sputnik / Murad OrujovCüdoçular
Cüdoçular - Sputnik Azərbaycan
Abunə olmaq
Rio Olimpiadasının mükafatçıları Rüstəm Orucov və Elmar Qasımov öz çəkilərində bütün rəqiblərini qabaqlayırlar

BAKI, 10 noy — Sputnik. Beynəlxalq Cüdo Federasiyasının yeni reytinq cədvəli Azərbaycan cüdoçuları üçün uğurlu olub. Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, Rio Olimpiadasının mükafatçıları Rüstəm Orucov (73 kq) və Elmar Qasımov (100 kq) öz çəkilərində bütün rəqiblərini qabaqlayaraq reytinq cədvəlinə başçılıq edirlər.

Son Avropa çempionatının gümüş medalçısı Orxan Səfərov (60 kq) 2-ci yeri tutur. Abu-Dabi "Böyük Dəbilqə" turnirinin qalibi, dünya çempionu Elxan Məmmədov (100 kq) mövqeyini daha da yaxşılaşdıraraq 7-ci yerdə gedir. Digər cüdoçularımızdan Nicat Şıxəlizadə 7, İlqar Müşkiyev 13, Məmmədəli Mehdiyev və Uşanqi Kokauri 20-ci yerdə qərarlaşıblar.

 

Xəbər lenti
0