Работа за компьютером. Архивное фото - Sputnik Azərbaycan
YAZARLAR
Müxtəlif müəlliflərin fərqli mövzularda xəbər, məqalə və köşə yazıları

Çevriliş cəhdinə laqeyd qalan Qərb HDP-lilər üçün niyə ayağa qalxdı?

© REUTERS / Huseyin Aldemirİstanbulda HDP tərəfdarlarının mitinqi zamanı, 6 noyabr 2016-cı il
İstanbulda HDP tərəfdarlarının mitinqi zamanı, 6 noyabr 2016-cı il - Sputnik Azərbaycan
Abunə olmaq
Qərb çox yaxşı bilir ki, kürd cəmiyyəti ilə qardaşlıq tam mənası ilə təsis edilsə, Türkiyənin inkişafının qarşısını heç cür ala bilməyəcək. Ona görə də, əlindəki son kart olan PKK terrorundan maksimum yararlanmağa çalışır.

PKK çağıranda İraqın şimalındakı Kandil dağına qaçaraq gedən, orada terrorçularla qucaqlaşıb onları avtomobillərinə mindirən, ölən PKK-lıların cənazələrini çiyinlərində daşıyan HDP millətvəkilləri, prokuror ifadə vermək üçün çağıranda müqavimət göstərirlər. Digər partiyalardan olan deputatlar məhkəməyə ifadə verməyə getdikləri halda, bunlar nə istintaqı, nə dövləti, nə də hüququ tanımadıqlarını bildirirlər. 

“Ölkəyə sülhü və hüzuru gətirəcəyik” deyərək xalqdan səs yığan HDP bölücü və davakar dilini heç zaman tərk etmədi. Dövlətə meydan oxuyaraq, hər fürsətdə kürd xalqını qiyama təhrik etdi və bu təhrikləri bezmədən, yorulmadan davam etdirməkdədir. 

Demokratiyalarda həll yeri parlamentdir. HDP üçün isə küçələr…

Xalqların Demokratik Partiyasının (HDP) həmsədrləri Səlahəddin Dəmirtaş və Figən Yüksəkdağ, o cümlədən partiyanın bir çox millət vəkili hazırda həbsdədir. Əslində bu çox gec verilmiş doğru qərardır. Çünki parlamentdə təmsil edilən siyasi partiyanın terror təşkilatını dəstəkləməsi qəbul edilməzdir. Qanunlar qarşısında millət vəkilləri də digər vətəndaşlar kimi bərabərdir.

Qərb blokuna görə, PKK terrorçuları Solçu, Humanist və Azadlıq döyüşçüləridir…

İllərlə terror təşkilatına hər cür dəstəyi verən Qərb dövlətləri, PKK-nın siyasi davamçısı və məclisdəki qolu olan HDP-yə qarşı polis əməliyyatına ən sərt şəkildə qarşı çıxır. Türkiyəni demokratiyaya və hüquqa dəvət edərək, qırmızı xətti keçdiyini ifadə edirlər.

Avropa parlamentinin Türkiyə üzrə səlahiyyətlisi Keti Piri, Türkiyənin Aİ-na üzvlük müzakirələrinin dərhal təxirə salınması üçün quruma çağırış edib. Bundan başqa İttifaqın Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti Yüksək Nümayəndəsi Federika Moqerini səfirləri təcili toplantıya çağırıb. Almaniya isə öz dövlət nazirini Ankaraya göndərir, Türkiyədəki Avropa ölkələrinin səfirləri Ankarada təcili yığıncaq qərarı alır.

Maraqlıdır, bəs bu ikiüzlü Qərb, 15 iyul gecəsi demokratiyaya zərbə vurulduğu zaman, niyə təcili yığıncaq qərarı almadı? O gecə xalqın seçdiyi hökumət hərbi yolla zorla devriləcəkdi. Amma bu qərblilərin heç vecinə də deyildi. FETO-cu prokurorların "Ergenekon", "Balyoz" kimi dırnaqarası istintaq prosesində həbs etdikləri günahsız insanları görməzdən gələn Amerika və Avropa, məsələ HDP-li deputatlar olan zaman həbsləri tənqid edir və türk hökumətinə qərara yenidən baxmağı məsləhət görürlər, hətta təzyiq edirlər. Xüsusilə Almaniyanın yanaşması son dərəcə yanlış və tərəflidir. 

Türkiyədə belə bir söz var: Övlad polis bölməsinə düşəndə əvvəl atası qaçar bölməyə..

HDP və PKK-lıların düşüncə atası olan ABŞ və Avropa illərdir bəslədikləri bu adamları indi də tək buraxmırlar. Türkiyəni isə küncə sıxışdırmağa, keçmişdə olduğu kimi baş əydirib, əl öpdürməyə çalışırlar. Ölkədə nə qədər radikal, marjinal və qeyri-qanuni qruplar, terror təşkilatları varsa hamısı hazırda aktiv vəziyyətdədir. Məqsəd Suriya və İraqda davam edən müharibələrin Türkiyəyə daşınmasıdır. 

Qərb çox yaxşı bilir ki, kürd cəmiyyəti ilə qardaşlıq tam mənası ilə təsis edilsə, Türkiyənin inkişafının qarşısını heç cürə ala bilməyəcək. Ona görə də, əlindəki son kart olan PKK terrorundan maksimum yararlanmağa çalışır. Əgər uğur qazana bilməsələr Yaxın Şərqdə vəziyyətin tamamilə dəyişəcəyini, İslam dünyasının alternativ inteqrasiyaya gedə bilcəyini və Türkiyənin dünya siyasətində söz sahibi dövlət olacağını Qərb çox yaxşı görür. 

Bu sancılı doğum əlbəttə bir gün bitəcək. Bükə bilmədikləri əli sıxmağa məcbur qalacaqları gün çox yaxındır.

Xəbər lenti
0