BAKI, 8 noy — Sputnik. Bu gün Bakıda Boulevard oteldə IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq məqsədi ilə Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb. Bu barədə Sputnik-ə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
İclasda IV İslam Həmrəyliyi oyunlarının icraçı direktoru, nazir Azad Rəhimov, İslam Həmrəyliyi İdman Federasiyasının 2-ci vitse prezidenti Çingiz Hüseynzadə, İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faisal Abdulaziz Al-Nassar, İslam Həmrəyliyi İdman Federasiyasının 1-ci vitse prezidenti, Əlaqələndirmə Komissiyasının sədri, Polkovnik Hamad Kalkaba Malboum və digər rəsmilər iştirak edirlər. Bu gün öz işinə başlayan və iki gün davam edəcək iclasın ilk günü yarışda iştirak edəcək idmançıların sayı, idman növləri, nəqliyyat, infrastruktur, könüllülərlə işin qurulması və digər mövzular müzakirə ediləcək.
Qeyd edək ki, koordinasiya komissiyasının 2-ci günü isə müzakirə mərkəzində olacaq mövzularidmançıların iştirakı,idman yarışları, marketing, yayım,komersiya məsələləri, açılış və bağlanış mərasimləridir. Onu da xatırladaq ki, Koordinasiya Komissiyasının 3-cü iclası İslam oyunlarına 1 il qalmış, 12 May tarixdə baş tutmuşdu.