BAKI, 8 noy — Sputnik. Braziliyanın yaşıl meydanlarında sonu ölümlə bitən hadisə yaşanıb. Sputnik Türkiyə NTV-sinə istinadən bildirir ki, ölkənin həvəskar liqasında keçirilən bir qarşılaşmada qırmızı kart görən futbolçu hakimi öldürüb.
Rivera Vazquez adlı oyunçunun hakimin beyin nahiyyəsinə güclü baş zərbəsi endirdiyi qeyd olunub. Məlumatı rəsmi mənbələr də təsdiqləyib. Polis hadisə yerindən qaçan futbolçunun həbs edilməsi üçün bölgədə geniş miqyaslı əməliyyata başlayıb.