Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Dayı bacısı qızının adına elə bir söz çıxardı ki...

CC0 / Anemone123 / girlÇarəsiz qız
Çarəsiz qız - Sputnik Azərbaycan
Abunə olmaq
70 yaşlı kişi 17 yaşlı bacısı qızını anasının qətlində günahlandırıb

BAKI, 8 noy — Sputnik. Hacıqabul rayonu Meyniman kəndinin sakini Ağacanlı Səadət Səxavət qızı öz anasını öldürməyib. Yaxın qohumu ondan canını qurtarmaq üçün 17 yaşlı qıza böhtan atıb.

Mercedes markalı avtomobil - Sputnik Azərbaycan
Bakıda gənc qız "Mercedes” qaçırdı

Bu barədə Sputnik-ə Hacıqabul Rayon Polis İdarəsindən məlumat veriblər. KİV-də yayılan məlumatlara görə, noyabrın 5-də Meyniman kəndində Səadət Ağacanlı adlı qız anası — 52 yaşlı Babayeva Təranə Ağasəlim qızını ölənə qədər döyüb. Bununla əlaqədar olaraq sosial şəbəkələrdə qızı kəskin şəkildə ittiham etmiş, onun hərəkətini qınamışdılar.

Rayon Polis İdarəsindən verilən xəbərə görə isə, qızın anasını döyərək öldürməsi barədə informasiyalar doğru deyil: "Biz də KİV-də gedən məlumatları oxumuşuq və hətta onu kimin yaydığını da bilirik. Bu, Təranə Babayevanın 70 yaşlı qardaşı Günəş Həsənovdur. O, jurnalistlərə verdiyi açıqlamada deyib ki, bacısı qızı anasını vəhşicəsinə döyüb və nəticədə ana ölüb. Bu isə, həqiqətə uyğun deyil".

Məlumata görə, qadın uzun müddət yataq xəstəsi olub. Babayevanın bədənində zorakılıq yolu ilə öldürüldüyünü isbat edən əlamətlər olmayıb. Hüquq-mühafizə orqanları onun cəsədini tədqiqat üçün morqa göndəriblər və hazırda məhkəmə-tibbi ekspertizasının rəyini gözləyirlər. Babayevanın qızı saxlanılmayıb, çünki onun qətldə iştirakı sübut olunmayıb.

Девушка, закрывшая лицо рукой, архивное фото - Sputnik Azərbaycan
HADİSƏ
Bacısının əri ilə qaçan 14 yaşlı qız tapıldı

Günəş Həsənov da saxlanılmayıb. Baxmayaraq ki, ona Cinayət Məcəlləsinin 147-ci maddəsi (böhtan) ilə cinayət işi açılmalı idi.

Bu arada Həsənovun öz bacısı qızına niyə böhtan atmasının da səbəbləri məlum olub. Polisin sözlərinə görə, kişi əmlakın bir hissəsinə sahib olan Səadətdən yaxa qurtararaq onun əmlak payını ələ keçirmək istəyib. Bununla da o, öz oğullarına "gün ağlamaq" niyyəti güdüb.

Qohumlar arasındakı münasibətləri nəzərə alan polis əməkdaşları qızı himayəyə almağı rayonun icra hakimiyyətinə həvalə ediblər. Həsənovu isə xəbərdar ediblər ki, əgər o, Ağacanovaya qarşı qanunsuz tədbirlər görsə, cinayət məsuliyyətinə cəlb ediləcək.

"Hazırda rayon prokurorluğu işin detallarını araşdırır. Həsənovun hərəkətlərində cinayət tərkibi olsa, o, məsuliyyətə cəlb ediləcək" — deyə polis bildirib.

O da məlum olub ki, Həsənov əvvəllər bacısı qızını psixiatrik müalicəyə aparıb. Ağacanova psixi cəhətdən sağlam olduğu üçün uzun müddət ruhi xəstələrin arasında dözə bilməyib.

Xəbər lenti
0