SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Aparıcı KİV-in təsiri altında avropalılar Klintona rəğbət bəsləyirlər

Abunə olmaq
Qərbi avropalıların çoxu ABŞ-ın növbəti prezidenti kimi məhz Hillari Klintonu görmək istəyir.

BAKI, 7 noy — Sputnik. Sputnik.Rəy sorğusunun nəticələrinə görə fransalıların (56%), ispaniyalıalrın (55%), italiyalıların (53%) çoxu və həmçinin almaniyalıların yarısı, polşalıların 47% və britaniyalıların 36%-i ABŞ-ın növbəti prezidenti kimi məhz Hillari Klintonu görmək istəyir. Eyni zamanda son məlumatlara əsasən amerikalılar özləri Hillari Klinton və Donald Trampa təxminən eyni dərəcədə rəğbət göstərirlər. Bu cür fərq beynəlxalq kütləvi informasiya vasitələrinin Klintonun xeyrinə apardığı kampaniya ilə izah oluna bilər. Bunu ən azı üç ciddi sorğu təsdiqləyir*. Onların nəticələrinə görə “amerikalıların çoxu KİV-in Hillari Klintonun prezident olmasına dəstək verdiyini düşünür”.  

Təxminən eyni fikirləri Avropa ekspertləri səsləndirir:

Ksavye Moro (Xavier Moreau), Stratpol veb-saytının redaktoru: "Buna heç bir şübhə ola bilməz. Klinton sistemin namizədidir və qərb KİV-i bu sistemi dəstəkləyir".

Diana Conston (Diana Jonhstone), amerikalı yazıçı və jurnalist Fransada əldə olunan nəticələri şərh edib: "KİV-də Trampa qarşı və Hillari Klintona dəstək təbliğatı nəzərə alsaq məncə bu rəqəmlər çox aşağı görünür. Klintona yalnız 56% əhalinin dəstək verməsi bir növ fransalıların (bu təbliğata) müəyyən müqavimətinə dəlalət  edir".

Milyarder Donald Tramp - Sputnik Azərbaycan
Donald Tramp seçkidən kənarlaşdırılır?

Fransua-Bernar Yuiq (François-Bernard Huyghe), Fransadakı nəticələri kommunikasiya sahəsi üzrə ekspert şərh edir: “Fransa KİV-in daim Trampın səhvləri, qabalığı, aqresivliyi haqqında danışdığını nəzərə alsaq bu Hillariyə dəstəkdən daha çox “antitrampçılığa” bənzəyir. KİV-dəki bu prizmadan fransalıların Trampı qəbul etməmə yanaşması formalaşıb. Bunun düzgün olub-olmaması başqa məsələdir. Məni təəccübləndirən, KİV-də bu gördüklərimizə rəğmən Trampa qarşı olanların sayının 90% olmamasıdır”.

Avropalılar arasında həmçinin ABŞ prezidentliyinə namizəd olan hər iki şəxsə qarşı olanların göstəricisi də yüksəkdir. Bu göstərici xüsusilə Böyük Britaniyada yuxarıdır – 46%. Bu hətta Klintona rəğbət göstərənlərin sayından  (36%) çoxdur. Almaniyada “hamıya qarşı” bəndini 40% respondent, İspaniyada – 31%, İtaliyada – 30%, Fransa və Polşada isə 26% seçib.  

“ABŞ-ın növbəti başçısı kimi görmək istərdiniz?” sualına ispaniyalıların 3% almaniyalıların 4%, fransalıların 5%, polşalıların 6%, italiyalıların 8%, britaniyalıların isə yalnız 10% Donald Tramp seçimini edib. “Bilmirəm” cavabını isə almaniyalıların 6%, britaniyalıların 8%, italiyalıların 9%, ispaniyalıların 11%, fransalıların 13% və polşalıların 21%-i seçib. 

WikiLeaks - Sputnik Azərbaycan
Hillari Klintonun qorxduğu başına gəldi

Sorğu Sputnik informasiya agentliyi və radiosunun sifarişi ilə IFop şirkəti tərəfidən 2016-cı ilin 22-26 oktyabr tarixlərində keçirilib. Sorğuda Almaniyadan (1000 nəfər), İtaliyadan (1002 nəfər), Fransadan (1004 nəfər), İspaniyadan (1001 nəfər), Polşadan (1012 nəfər) və Böyük Britaiyadan (1012 nəfər) əhali iştirak edib. Respondent seçimi əhalini cins, yaş və ölkə coğrafiyası üzrə təmsil edir. Etibarlılıq göstəricisi 95% olmaqla maksimal səhv 3,1% təşkil edir.

* Rasmussen Reports şirkəti 18 oktyabr 2016-cı il tarixində araşdırma nəticəsi dərc edib.  Onun nəticələrinə görə, sorğuda iştirak edənlərin 56%-nin fikrincə “ mediada çox adam Klintonun prezident olması üzərində çalışır”. Bu fikirlə yalnız 26% respondent razılaşmır, onların 18%-i isə qəti qərar verə bilmirlər. Saffolk Universiteti və USA Today-in keçirdiyi sorğuya görə, respondentlərin 75%-nin fikrincə KİV Klintonu, 7,9% respondentin fikrincə isə Trampı dəstəkləyir. Oxşar nəticələr AP/GfK sorğusunda əldə olunub: 56% respondent düşünür ki, KİV Trampa qərəzli yanaşır (oxucuları ona qarşı kökləyir), 37% respondent isə seçkiqabağı kampaniyanın balanslı şəkildə işıqlandırıldığını düşünür.

Sputnik.Rəy layihəsi haqda
İctimai rəyin öyrənilməsi üzrə bu beynəlxalq layihə 2015-ci ilin yanvarından start götürüb. Layihənin tərəfdaşları kimi məşhur tədqiqat şirkətləri Populus, Forsa və ictimai soğu keçirən qocaman şirkətlərdən biri Ifop çıxış edirlər. Layihə çərçivəsində ən aktual məsələlər üzrə mütəmadi olaraq Avropa və ABŞ-da soğular aparılır.

Sputnik (sputniknews.com) — onlarla ölkədə informasiya və multimediya bölmələri fəaliyyət göstərən xəbər agentliyi və radiodur. Sputnik 30 dildə saytları, analoq və rəqəmsal radioyayımı, mobil tətbiqləri və sosial şəbəkələrdə səhifələri özündə birləşdirir. Sputnik xəbər lentləri abunəçilər üçün gün boyu ingilis, ərəb, ispan və çin dillərində çıxır.

Xəbər lenti
0