ELM

“Valideynlərdən heç bir ad altında pul yığılmamalıdır”

© Photo : REPORTBakı Şəhəri üzrə Təhsil İdarəsinin binası, arxiv şəkli
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin binası, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: Sovet vaxtı Təhsil Nazirliyinin kollegiyası olardı. Hər hansı bir pul yığımı, məktəbdə bir hadisə və s. kollegiyada müzakirə olunardı. Kollegiyanın qərarı ictimailəşərdi. Bundan digərləri də nəticə çıxarardılar.

BAKI, 5 noy — Sputnik. Bakı Şəhəri üzrə Təhsil İdarəsi paytaxtdakı bəzi məktəblərdə valideynlərdən müxtəlif adlar altında pul tələb olunmasına münasibət bildirib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva jurnalistlərə açıqlamasında bildirib ki, qurumun belə hallara mövqeyi birmənalıdır, çünki valideynlərdən heç bir ad altında pul yığılmamalıdır: “Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən direktorlara bununla bağlı tapşırıqlar verilib və bundan sonra da veriləcək. Bu istiqamətdə fəaliyyətin məktəb rəhbərliyi tərəfindən keçirilməsinə şübhə ilə yanaşıram, çünki onlar bu məsələnin nə qədər diqqət mərkəzində olduğunu yaxşı bilirlər. Amma bunu da qəbul edirəm ki, bəzi hallarda valideyn komitələrinin sədrləri hansısa tədbiri təşkil etmək üçün pul yığmaq təşəbbüsü göstərirlər. Bu da valideynlərdən gələn təşəbbüsdür. Lakin, yenə də bu məsələyə məktəb rəhbərliyi nəzarət etməlidir”. 

Bakıda orta məktəbdə dərs prosesi - Sputnik Azərbaycan
ELM
Məktəbdə şagird sıxlığını azaltmaq üçün nə etməli

Məsələ ilə əlaqədar təhsil eksperti Nadir İsrafilov Sputnik-ə açıqlamasında deyib ki, son 10-15 illə müqayisədə pul yığımı, bu kimi hallar müəyyən qədər azalıb, amma yenə də belə hallar baş verir: “Ümumiyyətlə, bu məsələnin nazir, baş idarənin rəisi səviyyəsində tez-tez gündəmə gətirilməsinin əleyhinəyəm. Bu, müəllim nüfuzunu bir növ aşağı salır. Sovet vaxtı Təhsil Nazirliyinin kollegiyası olardı. Hər hansı bir pul yığımı, məktəbdə bir hadisə və s. kollegiyada müzakirə olunardı. Kollegiyanın qərarı ictimailəşərdi. Bundan digərləri də nəticə çıxarardılar. Bu cür hallara görə vəzifəli şəxs müvafiq maddə ilə işdən azad edilsə, bu, daha effektli olar. Ümumiyyətlə, pul yığımında azalma var. 10-15 il bundan əvvəl bu, kütləvi hal almışdı”. 

Valideynlərin təşəbbüs göstərməsinə gəlincə, ekspert bildirib ki, sovet vaxtı valideyn komitəsi var idi, sonra bunu müəllim-şagird-valideyn assosiasiyası etdilər: “Assosiasiya olandan sonra bu kimi halların qarşısını almaq istiqamətində nəzərə çarpacaq iş yoxdur. Hazırda yeni bir layihə — valideyn icmalarının yaradılması məsələsi var. Bunun necə olacağını zaman göstərəcək. Hər halda bu istiqamətdə müəyyən işlər aparılır”. 

“Elə ölkələr var ki, bu kimi halların baş verməsi etikanın, mənəvi dəyərlərin pozulması kimi gedir. Orada məktəbdə və bağçada bu kimi hallar heç təsəvvür olunmur”,- deyə o qeyd edib.

Xəbər lenti
0