BAKI, 4 noy — Sputnik. "Qəbələ" klubu Avropa Liqasının qrup mərhələsi çərçivəsində növbəti oyununa çıxıb.
Sputnik-in məlumatına görə, "Qəbələ" IV turda "Sent-Etyen”i qəbul edib.
Hesabı ilə "Qəbələ" açıb. Ruslan Qurbanov 39-cu dəqiqədə qapı ağzında yaranmış qarışıqlıqdan məharətlə istifadə edib.
45-ci dəqiqədə Tannane hesabı bərbərləşdirib. 53-cü dəqiqədə isə Beriç qonaqları irəli çıxarıb — 2:1.
"Qəbələ"nin 4 oyundan sonra xalı yoxdur.