Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Mənim indi nə adım var ki, hələ bir biznes də qurum?!

© REUTERS / Kai PfaffenbachРустам Оруджев – серебряный призер Олимпиады в Рио-де-Жанейро
Рустам Оруджев – серебряный призер Олимпиады в Рио-де-Жанейро - Sputnik Azərbaycan
Abunə olmaq
Olimpiya çempionu öz klubunu yaratmaq istəyir

BAKI, 4 noy-Sputnik. Azərbaycan idmançıları uğur qazandıqdan sonra, karyeralarının pik nöqtəsində idmanla vidalaşır və qazandıqları pullarla öz bizneslərini qururlar. Əlbəttə nə ilə məşğul olmaq qərarını vermək idmançıların hüququdur. Amma onların uğurun ardından dərhal idmanı ataraq biznesə baş vurması əhali tərəfindən elə də məmnunluqla qarşılanmır. Əksəriyyət hesab edir ki, onlar idman uğurlarını davam etdirməli, dövlətin qayğısının qarşılığını verməlidirlər. Bəs idmançılar özləri bu haqda nə fikirləşirlər?

Braziliyada keçirilən Rio-2016 Olimpiya oyunlarında Azərbaycana gümüş medal qazandıran cüdoçu Rüstəm Orucov bu barədə Sputnik-ə bildirib ki, şəxsən onun hələ idman tərk etmək və karyerasını bitirmək fikri yoxdur.

Rüstəm Orucov - Sputnik Azərbaycan
İDMAN
"Onun göz yaşları yox idi"
"Mənim üçün önəmli olan pul deyil. Mən olimpiadaya gedəndə pul haqqında fikirləşmirdim, bayrağımızı olimpiya səmasında dalğalandırmağa gedirdim. Rioda çempion ola bilməsəm də, 2020-ci il Yaponiyada keçiriləcək Tokio Olimpiadasında çempion olmaq əsas hədəfimdir. Bunun üçün də indidən çox calışıram. Beynəlxalq yarışlarda iştirak edərək gücümü sınayır və təcrübəmi artırıram. Hətta bir neçə gün öncə Əbu-Dabidə keçirilən Böyük dəbilqə yarışında gümüş medal qazandım." — deyə Orucov bildirib. 

Olimpiya medalçısının sözlərinə görə, 2020-ci ilə kimi bizneslə və ya başqa işlə məşğul olmaq fikri yoxdur.

"Mənim indi nə adım var ki, hələ bir biznes də qurum?! Mən hələ ad qazanmalıyam." — cüdoçu deyir.

Rüstəm Orucov deyib ki, idmançı kimi karyerasına son qoyandan sonra məşqçilik fəaliyyətinə başlamaq istəyir: "Gələcəkdə öz klubumu açmaq və illərlə qazandığım bilikləri uşaqlarla bölüşmək istəyirəm. Öz texnikamla idmançı hazırlamaq arzularımdan biridir."

Xəbər lenti
0