Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bu hovuzda üzmək ölümlə nəticələnir

© Photo : Ocean Exploration TrustABŞ-ın Nyu Orlean ştatında suyu dəniz suyundan 5 dəfədən artıq duzlu olan sualtı hovuz
ABŞ-ın Nyu Orlean ştatında suyu dəniz suyundan 5 dəfədən artıq duzlu olan sualtı hovuz - Sputnik Azərbaycan
Abunə olmaq
Bu qeyri-adi göl “ölüm cakuzisi” kimi tanınır və planetin ən qəribə yerlərindən biridir. Göl bura düşən bütün canlıları öldürür.

BAKI, 2 noy-Sputnik. 2014-cü ildə ABŞ-da Nyu Orlean ştatında tədqiqatçılar suyu dəniz suyundan 5 dəfədən artıq duzlu olan sualtı hovuz tapıblar. 

Rusiya mətbuatının yazdığına görə, bu kəşfi onlar uzaqdan idarə olunan Hercules robotunun köməyi ilə edə biliblər.

Alimlərin sözlərinə əsasən, duzluluqda bu cür böyük fərq fərqli sıxlığın göstəricisidir.

Tədqiqatçıların son zamanlar əldə etdiyi göstəricilərə görə, dəyirmi gölün ölçüsü 100 fut (30,8 m), dərinliyi isə 12 futdur.  Bu hovuz Meksika körfəzinin dibində yerləşir. 

İçməli su - Sputnik Azərbaycan
CƏMİYYƏT
Gündə bu miqdardan çox su içmək ölümə aparır

Qeyd etmək lazımdır ki, bu qeyri-adi göl “ölüm cakuzisi” kimi tanınır və planetin ən qəribə yerlərindən biridir. Göl bura düşən bütün canlıları öldürür.

Bu göldə duz qatı o qədər sıxdır ki, o dibə hopub. Burada dəniz suyu ilə qarışmayan metan və kükürd-oksid kimi zəhərli maddələr var. Canlıları məhv edən də onlardır.

Alimlər bildirirlər ki, belə göllər Yura dövründə Dünya okeanına çıxışı olmayan Meksika körfəzində daha tez-tez aşkarlanır. Körfəz qədimdə getdikcə quruyaraq duz və minerallarla dolub. Sonradan bu əraziyə yenidən su gəlib. 

Bu cür hövzələr sualtı duzlu göllər adlanırlar.

Xəbər lenti
0