BAKI, 1 noy – Sputnik. Beynəlxalq Futbol Assosasiyası FİFA Türkiyənin "Dənizlispor" klubuna transfer qadağası qoyub.
Sputnik Fanatik-ə istinadən xəbər verir ki, "Dənizlispor" qarşıdakı 2 "transfer pəncərəsi"ndə heç bir futbolçu ala bilməyəcək.
Buna səbəb "Dənizlispor"un öz keçmiş futbolçusu Daniel Dimov-a olan borcu ödəməməsidir. FİFA 70 min avro borcun bir ay ərzində ödənilməsinə göstəriş versə də, Dənizlispor öhdəliyi yerinə yetirməyib.