BAKI, 30 okt — Sputnik. Baş ağrısından əziyyət çəkən insanlar, bu metoddan istifadə etsələr, heç bir ağrıları qalmayacaq. Sputnik milliyet-ə istinadən həmin iki sadə resepti təqdim edir.
Bir stəkar təzə sıxılmış limon suyuna 2 çay qaşığına duz qatın və qarışdırın. Daha sonra onu böyük qaba boşaldıb, üzərinə bir stəkan su tökün. Yaxşı-yaxşı qarışdırın və bir dəfəyə için.
Bu qarışıq məhlulun dadı xoşagələn olmasa da, içdikdən 3-5 dəqiqə sonra baş ağrınız tamamilə kəsiləcək. Və özünüzü tam gümrah hiss edəcəksiniz.
Baş ağrısını kəsəcək daha bir sadə resept də var. Belə ki, bir böyük dilim limonu ovcunuzda möhkəmcə əzişdirib, əlinizi üzünüzə və alnınıza sürtün. Həmin hissələri ovuşdurun. Fərqi qısa zamanda hiss edəcəksiniz.