CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda torpağı qanla suvarılan kənd

Abunə olmaq
Düşmən gülləsinin səsi sussa belə, partlayan minalar səssizliyi pozur

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 28 okt — Sputnik. Tovuz rayonunun Əlibəyli kəndini, sözün əsl mənasında qəhrəman kənd adlandırmaq olar. Bura rayonun düşmənlə təmas xəttinə ən yaxın yaşayış məntəqəsidir. Əlibəyli elə bir ərazidədir ki, onun ətrafı üç tərəfdən düşmən postları ilə əhatə olunub.

Goranboy rayonunun Zeyvə kəndində qrad atəşi nəticəsində dağılmış tikili - Sputnik Azərbaycan
Bu kənddə möcüzə gerçəkləşdi

Lakin buna baxmayaraq, bu kənd bir qarış torpaq belə, düşmənə güzəştə getməyib. Bir nəfər də olsun, Əlibəyli sakini müharibə üzündən, atəş təhlükəsindən çəkinərək evlərini tərk etməyib. Hətta işsizlik, düşmən əhatəsində əkin əkməyin, mal-qara saxlamağın çətinliyi belə, onları doğma yurddan uzaq sala bilməyib.

Son günlər kəndin atəşə tutulması bir az ara versə də, bu səssizliyi kəndin ətrafında partlayan minalar pozur. Kəndlilərin min bir əziyyətlə saxladığı mal-qara gözdən yayınan kimi, qaçaraq gur otlu, minalı ərazilərə düşür və tələf olur. Hətta kənddə elə ailələr var ki, onların 2-3 iribuynuzlu, 10-a yaxın xırdabuynuzlu heyvanı minalanmış əraziyə düşüb.

Əlibəylilər ildə bir heyvan artıraraq satıb, digər mal-qaranın qışı üçün quru ot tədarükünə sərf etdiklərini deyirlər. Belə vəziyyət isə, onsuz da dolanışıqlarının ağır olduğu kənd sakinlərini çətin vəziyyətə salır.

Sevil Hüseynova düşmənlə təmas xəttinə ən yaxın ərazidə yaşayan sakinlərdəndir. İndiyədək onun üç iribuynuzlu malı düşmənin basırdığı minaların qurbanı olub. Başqa yerdən gəlirinin olmadığını deyən Sevil Hüseynova vaxtının çoxunu qalan iki inəyini otarmaqla keçirir.

Son partlayış zamanı, nəvəsi minalı əraziyə qaçan inəyi qaytarmağa çalışıb və bu zaman, az qala uşaq minaya düşəcəkmiş: "Partlayışın küləyi nəvəmi götürüb bir neçə metr arxaya tulladı. Gedib kredit götürüb bir inək alıram, pulunu verib qurtarmamış minaya düşür. Məcbur gedib bir də götürürük. Bilmirik, ermənidən qorxaq, minadan qorxaq, yoxsa acından ölməkdən…".

Digər kənd sakini Fatma Əliyevanın da bir iribuynuzlu heyvanı son günlərdə minaya düşərək tələf olub. Malın ipdən açılaraq qaçdığını mina partlayanda biliblər.

"Minaya düşən heyvanı bu il artırmışdıq. Onu sataraq qış üçün ot tədarük etmək fikrindəydik", — deyir qadın.

Və bu səbəbdən qış yaxınlaşsa da, ailə hələ qış üçün tədarük görə bilməyib: "Yoldaşım xəstədir, oğlum işləmir, məcbur olub heyvan saxlayırıq, o da gedib minaya düşür".

© Sputnik / Ilham MustafaTovuz rayonunun Əlibəyli kəndi
Tovuz rayonunun Əlibəyli kəndi - Sputnik Azərbaycan
1/13
Tovuz rayonunun Əlibəyli kəndi
© Sputnik / Ilham MustafaBu kəndi sözün əsl mənasında qəhrəman kənd adlandırmaq olar
Bu kəndi sözün əsl mənasında qəhrəman kənd adlandırmaq olar - Sputnik Azərbaycan
2/13
Bu kəndi sözün əsl mənasında qəhrəman kənd adlandırmaq olar
© Sputnik / Ilham MustafaBura rayonun düşmənlə təmas xəttinə ən yaxın yaşayış məntəqəsidir
Bura rayonun düşmənlə təmas xəttinə ən yaxın yaşayış məntəqəsidir - Sputnik Azərbaycan
3/13
Bura rayonun düşmənlə təmas xəttinə ən yaxın yaşayış məntəqəsidir
© Sputnik / Ilham MustafaBuranın ətrafı üç tərəfdən düşmən postları ilə əhatə olunub
Buranın ətrafı üç tərəfdən düşmən postları ilə əhatə olunub - Sputnik Azərbaycan
4/13
Buranın ətrafı üç tərəfdən düşmən postları ilə əhatə olunub
© Sputnik / Ilham MustafaBuna baxmayaraq, bu kənd bir qarış torpaq belə, düşmənə güzəştə getməyib
Buna baxmayaraq, bu kənd bir qarış torpaq belə, düşmənə güzəştə getməyib - Sputnik Azərbaycan
5/13
Buna baxmayaraq, bu kənd bir qarış torpaq belə, düşmənə güzəştə getməyib
© Sputnik / Ilham MustafaBir nəfər də olsun, Əlibəyli sakini müharibə üzündən, atəş təhlükəsindən çəkinərək evlərini tərk etməyib
Bir nəfər də olsun, Əlibəyli sakini müharibə üzündən, atəş təhlükəsindən çəkinərək evlərini tərk etməyib - Sputnik Azərbaycan
6/13
Bir nəfər də olsun, Əlibəyli sakini müharibə üzündən, atəş təhlükəsindən çəkinərək evlərini tərk etməyib
© Sputnik / Ilham MustafaSon günlər kəndin atəşə tutulması bir az ara versə də, bu səssizliyi kəndin ətrafında partlayan minalar pozur.
Son günlər kəndin atəşə tutulması bir az ara versə də, bu səssizliyi kəndin ətrafında partlayan minalar pozur - Sputnik Azərbaycan
7/13
Son günlər kəndin atəşə tutulması bir az ara versə də, bu səssizliyi kəndin ətrafında partlayan minalar pozur.
© Sputnik / Ilham MustafaKəndlilərin min bir əziyyətlə saxladığı mal-qara gözdən yayınan kimi, qaçaraq gur otlu, minalı ərazilərə düşür və tələf olur.
Kəndlilərin min bir əziyyətlə saxladığı mal-qara gözdən yayınan kimi, qaçaraq gur otlu, minalı ərazilərə düşür və tələf olur - Sputnik Azərbaycan
8/13
Kəndlilərin min bir əziyyətlə saxladığı mal-qara gözdən yayınan kimi, qaçaraq gur otlu, minalı ərazilərə düşür və tələf olur.
© Sputnik / Ilham MustafaKənddə elə ailələr var ki, onların 2-3 iribuynuzlu, 10-a yaxın xırdabuynuzlu heyvanı minalanmış əraziyə düşüb
Kənddə elə ailələr var ki, onların 2-3 iribuynuzlu, 10-a yaxın xırdabuynuzlu heyvanı minalanmış əraziyə düşüb - Sputnik Azərbaycan
9/13
Kənddə elə ailələr var ki, onların 2-3 iribuynuzlu, 10-a yaxın xırdabuynuzlu heyvanı minalanmış əraziyə düşüb
© Sputnik / Ilham MustafaƏlibəylilər ildə bir heyvan artıraraq satıb, digər mal-qaranın qışı üçün quru ot tədarükünə sərf etdiklərini deyirlər.
Əlibəylilər ildə bir heyvan artıraraq satıb, digər mal-qaranın qışı üçün quru ot tədarükünə sərf etdiklərini deyirlər - Sputnik Azərbaycan
10/13
Əlibəylilər ildə bir heyvan artıraraq satıb, digər mal-qaranın qışı üçün quru ot tədarükünə sərf etdiklərini deyirlər.
© Sputnik / Ilham MustafaBelə vəziyyət isə, onsuz da dolanışıqlarının ağır olduğu kənd sakinlərini çətin vəziyyətə salır.
Belə vəziyyət isə, onsuz da dolanışıqlarının ağır olduğu kənd sakinlərini çətin vəziyyətə salır - Sputnik Azərbaycan
11/13
Belə vəziyyət isə, onsuz da dolanışıqlarının ağır olduğu kənd sakinlərini çətin vəziyyətə salır.
© Sputnik / Ilham MustafaKənd sakini deyir, bilmirik, ermənidən qorxaq, minadan qorxaq, yoxsa acından ölməkdən…
Kənd sakini deyir, bilmirik, ermənidən qorxaq, minadan qorxaq, yoxsa acından ölməkdən… - Sputnik Azərbaycan
12/13
Kənd sakini deyir, bilmirik, ermənidən qorxaq, minadan qorxaq, yoxsa acından ölməkdən…
© Sputnik / Ilham MustafaDüşmən gülləsinin səsi sussa belə, partlayan minalar səssizliyi pozur
Düşmən gülləsinin səsi sussa belə, partlayan minalar səssizliyi pozur - Sputnik Azərbaycan
13/13
Düşmən gülləsinin səsi sussa belə, partlayan minalar səssizliyi pozur
Xəbər lenti
0