Obamanın nümayəndəsindən Türkiyə açıqlaması: "Bu, hər kəsə verdiyimiz bir mesajdır"

© Photo : Washington TimesBrett McGurk
Brett McGurk - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ prezidentinin İŞİD-lə mübarizə üzrə xüsusi nümayəndəsi Brett McGurk Türkiyə və Rakka əməliyyatına bağlı açıqlamalar verib

BAKI, 29 okt — Sputnik. Bir toplantıya qatılmaq üçün Romada olan ABŞ prezidenti Barak Obamanın İŞİD-lə mübarizə üzrə xüsusi nümayəndəsi Brett McGurk İtaliyanın xarici işlər naziri Paolo Gentiloni ilə birgə mətbuat konfransı keçirib. Sputnik "Doğan" xəbər agentliyinə istinadla xəbər verir ki, bir jurnalist Obamanın xüsusi nümayəndəsinə "Siz suriyalı kürdləri dəstəkləyirsiniz, Türkiyə də müxalifləri. Belə vəziyyət Rakkanın İŞİD-dən təmizlənməsi ilə bağlı sizə dezavantaj yaradarmı?" sualını ünvanlayıb. 

© Photo : Biografieonline.itPaolo Gentiloni
Paolo Gentiloni - Sputnik Azərbaycan
Paolo Gentiloni

McGurk suala belə cavab verib: "Biz Türkiyə ilə çox yaxın bir şəkildə çalışırıq. Obama Türkiyə prezidenti Ərdoğanla iki gün əvvəl telefonla danışdı və bu, çox konstruktiv bir danışıq oldu. Rəqəmlər bizə İŞİD-ə qarşı təsirli bir mübarizə apardığımızı göstərir. 3 ay əvvəl terrorçular hazırda müxaliflərin almış olduğu o sərhədə nəzarət edirdi. Ancaq türklər oranı tamamilə bağladılar və biz onlara bunu etmələri üçün qurudan kömək etdik".

Ankara Böyük şəhər Bələdiyyə başqanı Melih Gökçək - Sputnik Azərbaycan
Ankara merindən sensasiyalı açıqlama: ABŞ və İsrail Türkiyəni yox etməyə hazırlaşır

Vaşinqton rəsmisi sözlərinə belə davam edib: "Daha əvvəl də ictimaiyyətə açıqladığımız kimi, Türkiyənin İŞİD-ə qarşı dəstəklədiyi müxalif güclərlə əməkdaşlıq içindəyik. İŞİD-ə qarşı mübarizənin birlikdə aparılmasından əmin olmaq istəyirik. Bölgədə çox müxtəlif güclər var. Bunun üçün hər kəslə yaxın əməkdaşlığa ehtiyac var. Bu, bizim hər kəsə verdiyimiz bir mesajdır. Rakkanın xilas olması ilə bağlı planın yavaşlamasını planlaşdırmırıq".

Xəbər lenti
0