Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Ankara merindən sensasiyalı açıqlama: ABŞ və İsrail Türkiyəni yox etməyə hazırlaşır

© Photo : www.melihgokcek.comAnkara Böyük şəhər Bələdiyyə başqanı Melih Gökçək
Ankara Böyük şəhər Bələdiyyə başqanı Melih Gökçək - Sputnik Azərbaycan
Abunə olmaq
Melih Gökçək: ABŞ və İsrail gəmiləri Türkiyədə zəlzələ yaratmaqla məşğuldur.

BAKI, 28 okt-Sputnik. Ankara Böyük şəhər Bələdiyyə başqanı, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın yaxın adamı Melih Gökçək canlı yayında Habertürk TV-yə ilginc açıqlamalar verib.

Türkiyənin Gölcük bölgəsində baş verən zəlzələnin ABŞ və İsrail tərəfindən törədildiyini deyən paytaxt meri hökumətə xəbərdarlıq edib.

O, İstanbulda gözlənən zəlzələlərə görə də ABŞ və İsraildən şübhələndiyini dilə gətirib:

"İnamla deyirəm ki, İstanbulda gələcəkdə zəlzələ gözlənilir və bununla bağlı bir sıra ölkələr hazırda iş aparırlar. Zəlzələ cihazları var, Tesla deyirlər, seysmik zonada toplanmış enerjinin gücləndirilməsi var, qazın toplanması var. Bunlarla yanaşı, sadaladıqlarımın qızışdırılması, hərəkətə gətirilməsi müzakirə mövzusudur. Bunun ən gözəl nümunəsi Gölcük zəlzələsidir”.

Gökçək iddialarını əsaslandırarkən deyib: “Gölcükdəki məsələ belədir. 

Escala sismológica de Richter - Sputnik Azərbaycan
Türkiyədə zəlzələ baş verib
ABŞ-da bir zəlzələ xətti var, bu xətt eynilə Türkiyədəkinə oxşayır. İsrail və ABŞ bu zəlzələ xəttində eksperiment aparmaq istəyirlər. Onlar o qədər bir-birinə bənzəyir ki, San Antoniodaki zəlzələ xəttini qızışdırıb sınaqdan keçirmək istəyirlər. Gölcükdəki də eynidirsə, yavaş-yavaş yoxlayacaqlar. Adını da qoyacaqlar ki, guya qazı alırlar. Amma bunu texniki cəhətdən bacarmadıqları üçün, o qızışdırma böyük bir zəlzələni əmələ gətirir. İstanbulda da zəlzələ olsa, onun sübutu bu eksperimentdir. Belə bir hadisə baş verən anda, onun özbaşına olduğunu iddia edə bilməzsiz.”

Ankara meri, ABŞ və İsrailin Türkiyəni bu yolla məhv etməyə hazırlaşdıqlarını iddia edib:

“Türkiyədə çevriliş cəhdi baş tutmadı. Artıq Türkiyə çevrilişlə yox edilə bilməz. Yeni metodlar var. 14 avqustda zəlzələ olsaydı, FETÖ “mən demədimmi?” deyəcəkdi. Çəkici bir zindana vururlar, əgər zəlzələ olsa, “FETÖ-nün dediyi oldu” deyəcəklər. Odur ki, hökümətə xəbərdarlıq edirəm: Mərmərədə əcnəbilərin seysmik tədqiqat gəmiləri, xüsusilə ABŞ və İsrailin gəmiləri dolaşmasın!”

Xəbər lenti
0