Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Lənkəranlı taekvondoçu beynəlxalq turnirdən medalla qayıtdı

© Sputnik / Rahim MuradovHüseynli Qönçə
Hüseynli Qönçə - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
НовостиTelegram
51 kq çəki dərəcəsi üzrə qızlar arasında Hüseynli Qönçə, gənc oğlanlar arasında 55 kq çəki dərəcəsində Fərid Sultan, 59 kq çəki dərəcəsi üzrə Fərzullayev Kənan Beynəlxalq Turnirdə qüvvələrini sınayıblar.

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

21-23 oktyabr tarixlərində Rusiya Federasiyasının Tolyatti şəhərində yeniyetmələr və gənclər arasında döyüş növləri üzrə Beynəlxalq Turnir keçirilib.

© Photo : Q.Hüseynlinin şəxsi arxiviQönçə Hüseynli (2-ci yer) tətifetmə mərasimində
Qönçə Hüseynli (2-ci yer) tətifetmə mərasimində - Sputnik Azərbaycan
Qönçə Hüseynli (2-ci yer) tətifetmə mərasimində

Turnirdə ümumilikdə 60-dan yuxarı komanda 700-dək idmançı qatılıb. Lənkəran Təhsil İdman Mərkəzinin 3 idmançısı da sözügedən turnirə qatılıb. Hüseynli Qönçə 51 kq çəki dərəcəsi üzrə qızlar arasında, gənc oğlanlar arasında 55 kq çəki dərəcəsində Fərid Sultan, 59 kq çəki dərəcəsi üzrə Fərzullayev Kənan Beynəlxalq Turnirdə qüvvələrini sınayıblar.

Lənkəranlı idmançılar arasında təkcə Hüseynli Qönçə 51 kq çəki dərəcəsi üzrə qızlar arasında keçirilən yarışda 2-ci yerə sahib olub. Məlumat üçün bildirək ki, hal-hazırda Lənkəran taekvondoçuları dekabrda keçiriləcək respublika çempionatına hazırlaşırlar.

Xəbər lenti
0