FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Bir eşqin naləsini ifadə edən “Sarı gəlin” təqdim olundu

Abunə olmaq
Bu gün Akademik Milli Dram Teatrında Azərbaycan musiqinin qədim incisi, xalq mahnısı “Sarı gəlin” mahnısının tarixi faktlar əsasında səhnələşdirilmiş tamaşasının təqdimatı olub.

Tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Milli Məclisin deputatları, dövlət rəsmiləri və digər qonaqlar iştirak ediblər. 

Üç hissədən ibarət layihənin 1-ci bölümündə qonaqlar teatrın foyesində qurulmuş “Azərbaycan musiqisi tarixinə səyahət” adlı sərgi ilə tanış olublar. Sərgidə qonaqlar Azərbaycan Musiqi Mədəniyyəti Muzeyi tərəfindən layihədə sərgilənmək üçün təqdim edilmiş qədim musiqi alətləri olan cəng, çəqanə, rud və s., eyni zamanda Bakı Milli Geyim Evi tərəfindən hazırlanmış qədim və milli geyimlərlə tanış olublar. Burada həmçinin milli ornamentli xalçalarımıza baxış keçirib, milli və tətbiqi sənət nümunələri nümayiş etdirilib.  

Daha sonra teatrın zalında “Sarı gəlin” mahnısının tarixçəsi haqqında hazırlanmış videomaterialın təqdimatı keçirilib. Videomaterialda “Sarı gəlin” layihəsinin elmi rəhbəri, AMEA-nın Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov və Bakı Musiqi Akademiyasının elmi işlər üzrə prorektoru, professor Gülnaz Abdullazadənin mahnının yaranma tarixi haqda təqdim etdikləri faktlar müsahibələr şəklində nümayiş etdirilib.

Filmdən sonra isə, “Sarı gəlin” tamaşası təqdim olunub. Gənclər və İdman Nazirliyi tərəfindən təqdim olunmuş layihənin həyata keçirilməsində əsas məqsəd gənclərin Azərbaycanın milli-mədəni irsi və tarixi haqqında məlumatlandırılması, adət və ənənələrin onlar tərəfindən qorunub saxlanması və təbliğ edilməsidir. 150 nəfərə yaxın tələbə və aktyorun iştirakı ilə hazırlanmış “Sarı gəlin” tamaşasının rejissoru respublikanın əməkdar artisti Nicat Kazımovdur.

Qeyd edək ki, “Sarı gəlin” mahnısı oğuz igidlərindən biri olan Xaqan adlı gəncin Flavian adlı (Flavian sözünün yunancadan tərcüməsi “sarı” deməkdir. Adın Azərbaycan versiyası Saradır) yunan gözəlinə olan sevgisindən yaranmış bir eşq naləsidir. Flavianın atası, qızını siyasətin qurbanına çevirərək, Lakabos adlı yunan sərkərdəsinə ərə vermək istəyir. Bundan xəbər tutan Xaqan qızı qaçırır. Az sonra, Xaqan toy rüxsəti almaq üçün Qazan xanın yanına gedir. Bundan istifadə edən Lakabos Flaviana sahib çıxmağa çalışır. Öz təmiz sevgisini ləkədən qorumaq üçün, Flavian özünü Arpa çayına atır və elə bu hadisədən də, Azərbaycan musiqisinin daha bir incisi “Apardı sellər Saranı” mahnısı yaranır.

© Sputnik / Murad OrujovQədim musiqi ailətləri rud və rübab.
Qədim musiqi ailətləri rud və rübab - Sputnik Azərbaycan
1/18
Qədim musiqi ailətləri rud və rübab.
© Sputnik / Murad OrujovTar, kamança və qaval.
Tar, kamança və qaval - Sputnik Azərbaycan
2/18
Tar, kamança və qaval.
© Sputnik / Murad OrujovSimli musiqi aləti – kanon.
Simli musiqi aləti – kanon - Sputnik Azərbaycan
3/18
Simli musiqi aləti – kanon.
© Sputnik / Murad OrujovAzərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyi tərəfindən təqdim olunmuş qədim musiqi ailətləri.
Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyi tərəfindən təqdim olunmuş qədim musiqi ailətləri - Sputnik Azərbaycan
4/18
Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyi tərəfindən təqdim olunmuş qədim musiqi ailətləri.
© Sputnik / Murad OrujovGənclər və İdman naziri Azad Rəhimov sərgi ilə tanış olarkən.
Gənclər və İdman naziri Azad Rəhimov sərgi ilə tanış olarkən - Sputnik Azərbaycan
5/18
Gənclər və İdman naziri Azad Rəhimov sərgi ilə tanış olarkən.
© Sputnik / Murad OrujovQonaqlara, həmçinin, qədim eskizlər əsasında Bakı Milli Geyim Evi tərəfindən tikilmiş geyim nümunələri də təqdim edilmişdi.
Qonaqlara, həmçinin, qədim eskizlər əsasında Bakı Milli Geyim Evi tərəfindən tikilmiş geyim nümunələri də təqdim edilmişdi - Sputnik Azərbaycan
6/18
Qonaqlara, həmçinin, qədim eskizlər əsasında Bakı Milli Geyim Evi tərəfindən tikilmiş geyim nümunələri də təqdim edilmişdi.
© Sputnik / Murad OrujovTətbiqi incəsənət nümunələri olan xalçalar da sərginin eksponatları arasında idi.
Tətbiqi incəsənət nümunələri olan xalçalar da sərginin eksponatları arasında idi - Sputnik Azərbaycan
7/18
Tətbiqi incəsənət nümunələri olan xalçalar da sərginin eksponatları arasında idi.
© Sputnik / Murad OrujovBalış və mütəkkələr.
Balış və mütəkkələr - Sputnik Azərbaycan
8/18
Balış və mütəkkələr.
© Sputnik / Murad OrujovAzərbaycan milli geyim nümunələri.
Azərbaycan milli geyim nümunələri - Sputnik Azərbaycan
9/18
Azərbaycan milli geyim nümunələri.
© Sputnik / Murad OrujovSəhnələşdirilimiş tamaşa 150 nəfərlik heyətin əməyinin bəhrəsidir.
Səhnələşdirilimiş tamaşa 150 nəfərlik heyətin əməyinin bəhrəsidir - Sputnik Azərbaycan
10/18
Səhnələşdirilimiş tamaşa 150 nəfərlik heyətin əməyinin bəhrəsidir.
© Sputnik / Murad Orujov“Sarı gəlin” mahnısı qədim oğuz türk qəbilələrinin yaşadığı yerlərdə məşhurdur.
“Sarı gəlin” mahnısı qədim oğuz türk qəbilələrinin yaşadığı yerlərdə məşhurdur - Sputnik Azərbaycan
11/18
“Sarı gəlin” mahnısı qədim oğuz türk qəbilələrinin yaşadığı yerlərdə məşhurdur.
© Sputnik / Murad OrujovXaqan adlı gənc aşiq olduğu Flavian adlı yunan qızını qaçırdır.
Xaqan adlı gənc aşiq olduğu Flavian adlı yunan qızını qaçırdır - Sputnik Azərbaycan
12/18
Xaqan adlı gənc aşiq olduğu Flavian adlı yunan qızını qaçırdır.
© Sputnik / Murad Orujov“Sarı gəlin” – öz sevgilisinin həsrətindən yanan bir gəncin qəmli mahnısıdır.
“Sarı gəlin” – öz sevgilisinin həsrətindən yanan bir gəncin qəmli mahnısıdır - Sputnik Azərbaycan
13/18
“Sarı gəlin” – öz sevgilisinin həsrətindən yanan bir gəncin qəmli mahnısıdır.
© Sputnik / Murad OrujovFlavian, onu zorla sərkərdə Lakabosa vermək istəyən atasının siyasi ambisiyalarının qurbanıdır.
Flavian, onu zorla sərkərdə Lakabosa vermək istəyən atasının siyasi ambisiyalarının qurbanıdır - Sputnik Azərbaycan
14/18
Flavian, onu zorla sərkərdə Lakabosa vermək istəyən atasının siyasi ambisiyalarının qurbanıdır.
© Sputnik / Murad OrujovAncaq Xaqan öz sevgilisini qaçırtmağa nail olur.
Ancaq Xaqan öz sevgilisini qaçırtmağa nail olur - Sputnik Azərbaycan
15/18
Ancaq Xaqan öz sevgilisini qaçırtmağa nail olur.
© Sputnik / Murad OrujovGənclərin bu əməli oğuzlarla Lakabosun ordusu arasında müharibəyə səbəb olur.
Gənclərin bu əməli oğuzlarla Lakabosun ordusu arasında müharibəyə səbəb olur - Sputnik Azərbaycan
16/18
Gənclərin bu əməli oğuzlarla Lakabosun ordusu arasında müharibəyə səbəb olur.
© Sputnik / Murad OrujovMəhəbbəti uğrunda sonadək mübarizə aparmağı qətiləşdirən yunan gözəli, Xaqandan ayrı düşməmək üçün özünü Arpaçaya atır
Məhəbbəti uğrunda sonadək mübarizə aparmağı qətiləşdirən yunan gözəli, Xaqandan ayrı düşməmək üçün özünü Arpaçaya atır - Sputnik Azərbaycan
17/18
Məhəbbəti uğrunda sonadək mübarizə aparmağı qətiləşdirən yunan gözəli, Xaqandan ayrı düşməmək üçün özünü Arpaçaya atır
© Sputnik / Murad OrujovMilli musiqi incilərindən olan “Apardı sellər Saranı” da bu hadisəyə həsr edilib.
Milli musiqi incilərindən olan “Apardı sellər Saranı” da bu hadisəyə həsr edilib - Sputnik Azərbaycan
18/18
Milli musiqi incilərindən olan “Apardı sellər Saranı” da bu hadisəyə həsr edilib.
Xəbər lenti
0