Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Dövlət xəstəxanaları ləğv edilir

Abunə olmaq
Bundan sonra həmin tibb müəssisələri publik hüquqi şəxs statusunda fəaliyyət göstərəcək

BAKI, 26 okt — Sputnik. Azərbaycanda dövlət və bələdiyyə adından yaradılan tibb müəssisələri publik hüquqi şəxs statusunda fəaliyyət göstərəcək. APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin "Dövlət orqanlarının və səhmləri dövlətə məxsus olan hüquqi şəxslərin tabeliyindəki tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi"nə etdiyi dəyişiklikdə əksini tapıb.

Yadər Babazadə - Sputnik Azərbaycan
SƏHİYYƏ
Bakıda məşhur xəstəxananın "kimsəsizlər" palatasından reportaj

Bu müəssisələr "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanunla müəyyən edilmiş qaydada Vergilər Nazirliyi tərəfindən dövlət qeydiyyatına alındıqdan sonra publik hüquqi şəxs statusunu əldə edəcək. Müəssisə dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malik olmaqla, mülki vəzifələr daşıyacaq və onun hüquq qabiliyyətinə isə onun ləğvinin başa çatdığı an xitam veriləcək.

Müəssisə publik hüquqi şəxsdir və müstəqil balansa, dövlət və ya bələdiyyə əmlakına, xəzinə və bank hesablarına, üzərində öz adı həkk edilmiş möhürə, müvafiq ştamplara və blanklara malik olacaq.

Qeyd edək ki, indiyə qədər dövlət adından yaradılan tibb müəssisələri qeyri-kommersiya hüquqi şəxs kimi fəaliyyət göstərib.

Xəbər lenti
0