Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Uşaqları öldürən kabusa çarə tapıldı

© pixabay / CounsellingƏlləri ilə qulaqlarını tutmuş uşaq
Əlləri ilə qulaqlarını tutmuş uşaq - Sputnik Azərbaycan
Abunə olmaq
Daha körpələr beyin xərçəngindən ölməyəcək

BAKI, 26 okt — Sputnik. Böyük Britaniyanın Xərçəng Araşdırmaları İnstitutunda (ISR) çalışan alimlər uşaqlarda xərçəngin aqressiv forması ilə effektiv mübarizə metodunu tapıblar. Söhbət sürətlə inkişaf edən və müalicəsi çətin olan rabdoid (çubuqşəkilli, atipik və teratoid) beyincik şişlərindən gedir.

Xərçəng - Sputnik Azərbaycan
Xərçənglə mübarizədə inqilabi kəşf

"The Guardian" nəşrinin yazdığına görə, tədqiqatçılar uşaqları diaqnoz qoyulandan sonra bir neçə ay ərzində öldürən bədxassəli çubuqşəkilli şişlərlə mübarizənin yeni üsullarını kəşf ediblər.

Hazırda xərçəngin nadir və məhvedici növlərinin effektiv müalicəsi yoxdur. Adətən bədxassəli şişlərin ilkin mərhələdə hər hansı nəzərə çarpan simptomları olmur. Buna görə də, xərçəng sürətlə digər orqanlara yayılır və ölümcül olur. Bu onkoloji xəstəlikdən əsasən körpələr və azyaşlı uşaqlar əziyyət çəkir.

Əvvəllər alimlər hesab edirdilər ki, beyincikdə peyda olan çubuqşəkilli şişləri mutasiyaya uğramış genlər törədirlər. Lakin indi alimlər bu sahədə sıçrayışa nail olublar. Onlar şişin sürətli artımına səbəb ola bilən və leykemiyanın (qan xərçəngi) müalicəsində istifadə olunan preparatların köməyi ilə onlara təzyiq göstərməyin mümkün olduğu iki geni (PDGFRA və FGFR1) müəyyənləşdiriblər.

Son məlumatlara görə, Böyük Britaniyada ildə 1700 uşaq 14 yaşa qədər, 2300 insan isə 14-20 yaş arasında beyin xərçənginin sözügedən növündən dünyasını dəyişir.

Xəbər lenti
0