Xərçənglə mübarizədə inqilabi kəşf

© islamveihsan.comXərçəng
Xərçəng - Sputnik Azərbaycan
Abunə olmaq
Alimlərin hazırladıqları vitamin xərçəng hüceyrələrinin inkişafını dayandırıb və şişi 90 faiz kiçildib

BAKI, 13 okt — Sputnik. Rusiya və bir neçə digər xarici ölkədən olan alimlər, nanohissəciklərin və B2 vitamininin köməyi ilə xərçəng hüceyrələrini məhv etmək üçün orijinal üsul fikirləşiblər. Bu barədə RİA Novosti Scientific Reports-a istinadla məlumat yayıb. Bu üsulun özəlliyi ondan ibarətdir ki, sözügedən nanohissəciklər və B2 vitamini böyük həcmdə hüceyrələrə yerləşdirilir və sonra o hüceyrələr lazer şüasına verilir.

Çuğundur şirəsi - Sputnik Azərbaycan
Bu içki 42 günə xərçəng xəstəliyini məhv edir

"Hələlik bu eksperiment laboratoriyada, insandakı xərçənglə eyni hüceyrələri daşıyan xərçəngli siçanlar üzərində aparılır. Nanohissəciklərin birmənalı şəkildə yeridilməsi şiş hüceyrələrinin inkişafını tormozlayır və şişin həcmini 90%-ə qədər azaldır" — deyə Rusiya Elmlər Akademiyasının Moskvadakı Kristalloqrafiya və Fotonika Mərkəzinin əməkdaşı Yevgeni Xaydukov Rusiya Elm Fondunun mətbuat-xidməti tərəfindən yayılmış bəyanatında bildirib.

Xaydukov, həmçinin deyib ki, Rusiya universitetlərindən, EA-dan olan bir qrup alim, Fransa və Avstraliyadan olan tədqiqatçılarla birlikdə yeni nanohissəciklər hazırlayıblar. Onlar bu hissəciklərin hazırlanmasında xərçəng hüceyrələrinin "qatili" kimi riboflavin molekullarından və adi vitamin B2-dən istifadə ediblər.

Alimlər izah edirlər ki, həmin vitaminin molekulları xüsusilə göy işıq və ultrabənövşəyi şüalara yaxşı qarşılıq verir. Onlar müəyyən uzunluqdakı dalğalar vasitəsilə fotonları udur. Hidrogen peroksid molekulunun, atom oksigeninin və digər aqressiv antioksidantların istehsalı üçün onların enerjisindən istifadə edirlər.

Bir çox xərçəng hüceyrələri hansı səbəbə görəsə böyük miqdarda B2 tələb edir və udur. Çoxdan bioloqların ağlına belə bir fikir gəlib ki, riboflavin molekullarından göy və ultrabənövşəyi şüaların köməyi ilə xərçəng hüceyrələrinin lokallaşdırılması və məhv edilməsində istifadə etmək olar.

Problem onunla bağlıdır ki, ultrabənövşəyi şüa bədən toxumalarına son dərəcə pis nüfuz edir. Demək olar ki, ondan DNT-ni pozmadan, sağlam toxumaları kütləvi məhv edərək yeni şişlərin yaranmasına zəmin hazırlamadan, xərçəng hüceyrələrinin məhv edilməsində təhlükəsiz istifadə mümkünsüzdür.

Xaydukov və onun komandası artıq bu problemi həll edib. Onlar bunun üçün bədənin kifayət qədər "şəffaf" olduğu spektrin infraqırmızı hissəsini ultrabənövşəyi radiasiya fotonları formasında yenidən şüalandırırlar. Sonra işıq dalğası və digər dalğaları udan xüsusi nanohissəciklərdən istifadə etməklə ona təsir göstərirlər.

it - Sputnik Azərbaycan
Bu itlər xərçəng xəstəliyini ilkin mərhələdə təyin edə bilirlər

Bu ideyaya rəhbərlik edərkən, rusiyalı tədqiqatçılar az miqdarda o qəbildən olan nanohissəcikləri hazırlayıblar, onları B2 vitaminləri ilə birləşdiriblər. Daha sonra onları siçanın orqanizminə implantasiya edilmiş insandakı süd vəzi xərçingi şişindən götürülmüş nümunənin olduğu bir neçə toxumaya yeridiblər.

Son müşahidələrə görə, nanohissəciklərin yeridilməsindən və dövri olaraq lazer şüalarının verilməsindən 50 gün sonra bu metod işə yarayıb — xərçəng hüceyrələrinin böyüməsi dayanıb, şişlərin həcmi eksperimentin aparıldığı vaxta nisbətən 90% balacalaşıb.

Alimlər bu sahədə sözügedən eksperiment ideyasının müəlliflərindən biri olan N.N.Bloxin adına Rusiya Elmi Onkoloji Mərkəzin mütəxəssisləri ilə əməkdaşlığı davam etdirməyi planlaşdırırlar. Növbəti addım bu "vitaminli" metodikanı kliniki sınaqdan keçirməkdir.

Xəbər lenti
0