Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Bütün dünyada Azərbaycana məxsus səs yazılarının axtarışına başlanıb

© Sputnik / Murad OrujovDövlət Musiqi Mədəniyyəti Muzeyinin direktoru Alla Bayramova
Dövlət Musiqi Mədəniyyəti Muzeyinin direktoru Alla Bayramova - Sputnik Azərbaycan
Abunə olmaq
Alla Bayramova: "Kuşnaryov ekspedisiyasının 20-ci illərdə yazdığı səsləri tapmışıq. Onlar Rusiya Elmlər Akademiyasının nəznindəki Puşkin Evində saxlanılır"

BAKI, 26 okt — Sputnik. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində çox əhəmiyyətli materiallar saxlanılır. Bunu oktyabrın 26-da Sputnik Beynəlxalq Mətbuat Mərkəzində "Azərbaycanın audiovizual irsi və onun təbliği işi" mövzusunda keçirilən mətbuat konfransında muzeyinin direktoru Alla Bayramova deyib.

Gizli səs yazısı. Arxiv şəkli - Sputnik Azərbaycan
TƏHLİL
Gizli səs yazısı: şantaj, yoxsa maddi sübut?

Onun sözlərinə görə, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi "Audiovizual irs" mövzusu ilə çox sıx bağlıdır: "Çünki fondumuzda çox nadir vallar, səs yazıları, 20-ci əsrin əvvəlində yazılan materiallar var. Bu valların əksəriyyətini biz rəqəm texnologiyalarına keçirmişik. Bildiyiniz kimi, ilk vallar birtərəfli olub, onlara bir mahnı, muğamın bir parçası yazılıb. Sonra ikitərəfli vallar yaradılıb — bir tərəfində bir mahnı, o biri tərəfində isə başqa mahnı yazılıb".

"Bizdə kataloqlar kimi çox əhəmiyyətli materiallar var. Kataloqlar bizə göstərir ki, çox məhşur Azərbaycan xanəndələri və kamança ifaçıları həm xaricdə, həm Azərbaycanda vallara yazılıblar. Xaricdə onlar Varşava studiyasında işləyiblər. Sonra, 1901-ci ildə Tiflisdə qramafon firması fəaliyyətə başladı və bütün Qafqaz müsiqiçiləri oraya gedirdilər. Bu qramafon firması çox gözəl yazılar hazırlayıb. Biz indiyədək onları muzeydə qoruyub saxlayırıq", — A. Bayramova deyib.

Ekspertin sözlərinə görə, YUNESKO tərəfindən elan olunmuş Audiovisual İrs Günü çox əhəmiyyətlidir: "Çünki onu yenicə saxlamağa və qorumağa başlayıblar. Bu texnologiyaların tarixi isə bir əsrdən çox deyil. Ona görə biz deyə bilərik ki, başqa irslərdən fərqli olaraq audiovisual irs çox gəncdir. Biz tək Azərbaycanda deyil, xaricdə də Azərbaycan musiqisinin səs yazılarını toplamağa çalışırıq. Biz Kuşnaryov ekspedisiyasının 20-ci illərdə yazdığı səsləri tapmışıq. Onlar Rusiya Elmlər Akademiyasının nəznindəki Puşkin Evində saxlanılır".

"Rusiya imperiyası və sovet dövründə folklorun yazılması üçün ekspedisiyalar keçirilirdi. İlk növbədə, onları ədəbi folklor maraqlandırırdı, lakin mahnılar da yazılırdı. Onlar mahnıları mum silindirlərinə yazırdılar. Bu silindirlər özlərində azərbaycanlıların yaşadığı kənd və rayonlarda toplanan çox maraqlı irsi saxlayırlar. Əlbəttə ki, bu irs qorunub saxlanılmalıdır. Biz onların nüsxələrini Puşkin Evindən alıb öz muzeyimizdə saxlayırıq", — deyə direktor əlavə edib.

Qeyd edək ki, Ümumdünya Audiovizual İrs Günü hər il oktyabrın 27-si qeyd olunur.

Xəbər lenti
0