Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

AFFA "Neftçi"ni cəzalandırdı

© QARABAĞ FK official"Neftçi" – "Qarabağ" oyunu
Neftçi – Qarabağ oyunu - Sputnik Azərbaycan
Abunə olmaq
"Qarabağ"la keçirilən görüşdə təhlükəsizliyi tam təmin etmədiyi üçün, klub 4 000 manat məbləğində cərimələnib

BAKI, 26 okt — Sputnik. AFFA-nın İntizam Komitəsi "Neftçi" klubunu cəzalandırıb. AFFA-nın mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, "Neftçi" klubu Azərbaycan Premyer Liqasının IX turunda "Qarabağ"la keçirilən görüşdə təhlükəsizliyi tam təmin etmədiyi üçün 4 000 manat məbləğində cərimələnib.

Qeyd edək ki, buna oyunun sonlarında meydançaya azarkeşin daxil olması səbəb olub. Oyunun 90+2-ci dəqiqəsində "Neftçi"nin futbolçusu Katalin Tira dava-dalaşda iştirak etdiyinə görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılıb və 5 oyun üçün cəza alıb, klub isə 2400 manat ziyana düşüb.

Xəbər lenti
0