Təhsil Nazirliyi məktəbdənkənar təhsil ocaqlarının işçilərini yoxlayacaq

© Sputnik / Murad OrujovДень знаний в образовательном комплексе №132-134 города Баку
День знаний в образовательном комплексе №132-134 города Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Bakı şəhərindəki məktəbdənkənar təhsil müəssisələrində çalışan pedaqoji işçilərin bilik və bacarıqlarının qiymətləndirilməsi keçiriləcək.

BAKI, 26 okt-Sputnik. Bakı şəhərindəki məktəbdənkənar təhsil müəssisələrində çalışan pedaqoji işçilərin bilik və bacarıqlarının qiymətləndirilməsi keçiriləcək.

Sputnik-ə Təhsil Nazirliyindən verilən məlumata görə, qiymətləndirmə Nazirliyin məktəbdənkənar fəaliyyətin təşkili şöbəsi ilə "Allianz MMC" tərəfindən aparılacaq.

Qiymətləndirmənin həyata keçirilməsinin məqsədi məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi üçün mövcud kadr potensialından daha səmərəli istifadə etmək, əldə olunacaq təcrübədən bu sahədə kadrların yerdəyişməsi və işə qəbulu qaydalarının tətbiqi zamanı faydalanmaqdır.

Uşaq bağçası - Sputnik Azərbaycan
ELM
Təhsil Nazirliyi 300-dən artıq uşaq bağçasını satıb
Qiymətləndirmə test və müsahibə olmaqla iki mərhələdə aparılacaq.

Birinci mərhələdə məktəbdənkənar təhsil müəssisələrində çalışan dərnək rəhbərlərinin və məşqçi-müəllimlərin peşə, informasiya texnologiyaları, məntiqi düşünmə qabiliyyəti üzrə bilikləri yoxlanılacaq. İkinci mərhələdə isə onların dil bilikləri, nitq qabiliyyəti və tibbi-psixoloji durumu qiymətləndiriləcək.

Qiymətləndirmə cari ilin noyabrında keçiriləcək.

Qeyd edək ki, "Təhsil haqqında" AR qanununun 14.5.3 maddəsinə görə, məktəbdənkənar təhsil müəssisələri deyəndə, uşaq yaradıcılıq mərkəzləri, uşaq-gənclər idman məktəbləri, uşaq-gənclər şahmat məktəbləri, ekоlоji tərbiyə və təcrübə mərkəzləri, teхniki yaradıcılıq mərkəzləri, turizm və diyarşünaslıq mərkəzləri, məktəbdənkənar iş mərkəzləri, estetik tərbiyə və bədii yaradıcılıq mərkəzləri və s. nəzərdə tutulur.

Xəbər lenti
0