Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

"Neft hasilatının azaldılması yeganə yoldur"

Abunə olmaq
Vladimir Putin: "Neft erasının bitmək üzrə olduğunu deyənlər yanılırlar. Fikrimcə, hələlik belə nəticəyə gəlmək üçün real əsas yoxdur"

BAKI, 10 okt — Sputnik. "Neftin normadan artıq istehsalı və qiymətlərin kəskin şəkildə aşağı düşməsi hasilat metodlarının təkmilləşdirilməsi səbəbindən baş verib".

Putin, Ərdoğan və Əliyev - Sputnik Azərbaycan
SİYASƏT
Putin, Ərdoğan və Əliyev bir araya gəldi

Sputnik-in məlumatına görə, bu sözləri Rusiya prezidenti Vladimir Putin İstanbulda keçirilən Ümumdünya Energetika Konqresindəki çıxışı zamanı deyib. O, qeyd edib ki, neft hasilatının azaldılması dünya iqtisadiyyatının dayanıqlı inkişafı üçün yeganə yoldur.

"Bu gün həddən artıq karbohidrogen təklifləri nəyə səbəb olub? Cavab aydındır: son 10 ildə neftin yüksək qiymətləri enerji sektoruna görünməmiş investisiyalar gətirib" — deyə Putin bildirib.

Kreml başçısı əlavə edib ki, "bu, ixracatçı ölkələrə özünün neft hasilatındakı gücünü inkişaf etdirməyə kömək etdi və nəticədə bazar həddindən artıq neft istehsalı faktoru və qiymətlərin kəskin düşməsi ilə qarşı-qarşıya qaldı".

Rusiya Prezidenti neft erasının bitmək üzrə olduğunu deyənlərin yanıldığını bildirib: "Neftin qiyməti iki dəfədən çox aşağı düşəndə, çoxları deyirdi ki, karbohidrogen erası bitmək üzrədir, alternativ enerji mənbələrinə istiqamətlənmək lazımdır. Fikrimcə, hələlik belə nəticəyə gəlmək üçün real əsas yoxdur".

Putin, həmçinin qeyd edib ki, Rusiya qlobal bazarda enerji resurslarının əsas etibarlı təminatçısı olaraq qalır. O, karbohidrogenlərin Çin, Yaponiya və Hindistana ixracının genişləndirilməsi planlarından danışıb.

Bununla belə Putin bəyan edib ki, Moskva OPEC ölkələrinin neft hasilatı limitinin təyin edilməsi təşəbbüslərinə dəstək verib: "Mən digər neft ixrac edən ölkələri də bu təklifə qoşulmağa dəvət edirəm. Biz OPEC-in neft ixracı ilə bağlı limitin müəyyənləşməsi barədə qərarını dəstəkləyirik və ümid edirik ki, noyabrdakı görüş zamanı bu qərarın icrasına başlanacaq".

Rusiya prezidenti tədbirlərin "bazara və investorlara müsbət siqnal verəcəyinə" ümid etdiyini bildirib.

23-cü Dünya Energetika Konqresi İstanbulda 9-13 oktyabr tarixlərində keçirilir. Forumda iştirak edən ölkə nümayəndələrinin təkbətək keçirəcəkləri görüşlərdə və danışıqlarda neft qiymətlərinin müzakirə olunması gözlənilir.

Xəbər lenti
0