BAKI, 24 okt — Sputnik. Türkiyə baş nazirinin müavini Nurəddin Canikli İstanbulda keçirilən Giresun günlərində, Mosul əməliyyatlarına toxunub. Sputnik Milliyet-ə istinadən xəbər verir ki, Canikli Mosulun İŞİD-dən azad edilmәsi üçün Türkiyənin dəstəyinin şərt olduğunu bildirib.
"Artıq heç kim bölgәdә Türkiyәnin sözünü nәzәrә almadan istədiyi qәrarı qәbul edә bilmәz. Guya, İŞİD ilә mübarizә edirlәr. Dörd ildir davam edən mübarizәdən bir nәticә әldә edә bilmәyiblәr. Amma artıq sәhnәdә Türkiyә də var", — deyә o, qeyd edib.
Canikli Mosulda hәyata keçirilәn әmәliyyatda Türkiyәnin dә olmasının vacibliyini vurğulayıb: "Әlbәttә, heç bir ölkәnin torpağında gözümüz yoxdur. Lakin o ölkәlәrdәn ölkәmizә qarşı ciddi hücumlar varsa, orada olmaq mәcburiyyәtindәyik".