Bağdad Ankaranın bəyanatını təkzib etdi

© AFP 2024Mosul, arxiv şəkli
Mosul, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
İraq Müdafiə Nazirliyi: "Mosul əməliyyatına heç bir türk əsgəri qatılmayıb"

BAKI, 24 okt — Sputnik. "Türkiyənin Mosul əməliyyatında iştirakı barədə yayılan xəbərlər doğru deyil". Sputnik BBC-yə istinadən xəbər verir ki, bu haqda İraq Müdafiə Nazirliyinin bəyanatında qeyd olunub.

Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş - Sputnik Azərbaycan
“Mosul nə amerikalılarındır, nə də iranlıların”

"Əməliyyatlara heç bir türk əsgəri daxil olmayıb", — bəyanatda bildirilir.

Qeyd edək ki, dünən Türkiyənin Xarici İşlər Nazirliyi yazılı açıqlama verərək, İraqın şimalındakı Başika hərbi bazasındakı türk hərbi birliklərinin Mosuldakı İŞİD mövqelərinə zərbələr endirdiyini açıqlamışdı. Məlumatı Türkiyənin baş naziri Binəli Yıldırım da təsdiqləyib. O, partiyasının qurultayında türk əsgərinin Mosul əməliyyatına qoşulduğunu söyləyib.

Xəbərə görə, İraqın şimalındakı kürd muxtariyyətinə bağlı silahlı birliklər dünən Başika bazasındakı türk ordusundan onlara dəstək verməsini istəyib. Bunun üzərinə ərazidəki türk hərbçiləri peşmərgə dəstələrinə ağır artilleriya ilə dəstək veriblər.

Qeyd edək ki, Mosula 30 km məsafədəki Başika bölgəsi İŞİD terrorçuları üçün xüsusi əhəmiyyətə sahib ərazidir. Və son məlumatlara görə, hazırda Başika tamamilə Türkiyənin dəstək verdiyi peşmərgənin nəzarətindədir.

Xəbər lenti
0