BAKI, 24 okt — Sputnik. Yeni azadlığa çıxmış futbolçu Cavid Hüseynov yenidən yaşıl meydana qayıdır. Belə ki, "Qəbələ" Futbol Klubu Peşəkar Futbol Liqasına (PFL) Cavid Hüseynovun oynaması ilə bağlı qeydiyyat üçün müraciət edib. PFL sifarişi qəbul edərək Cavid Hüseynovu qeydiyyatdan keçirib.
Bağlanmış müqaviləyə görə, sabah keçiriləcək "Qəbələ" — "Sumqayıt" oyununda Cavid Hüseynov ilk oyununa çıxa bilər.