Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

BVF-in Azərbaycan iqtisadiyyatı ilə bağlı proqnozu şübhələrə yol açır

© FlickrBeynəlxalq Valyuta Fondu
Beynəlxalq Valyuta Fondu - Sputnik Azərbaycan
Abunə olmaq
İlk dəfədir Azərbaycan hökumətinin verdiyi rəsmi rəqəmlər Beynəlxalq Valyuta Fondunun verdiyi rəsmi rəqəmlərdən xeyli dərəcədə pisdir

BAKI, 24 okt — Sputnik. Azərbaycanda ümumi daxili məhsul (ÜDM) istehsalı bu il 1% artacaq. Bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) "Qafqaz və Mərkəzi Asiya" ilə bağlı açıqladığı növbəti proqnozda deyilir.

© Photo : N.Cəfərlinin şəxsi arxiviNatiq Cəfərli, iqtisadçı-ekspert
Natiq Cəfərli, iqtisadçı-ekspert - Sputnik Azərbaycan
Natiq Cəfərli, iqtisadçı-ekspert

Proqnoza əsasən, 2017-ci ildə Azərbaycanda 2,4%-lik iqtisadi artım olacaq. Maraqlıdır ki, bundan öncə BVF bu il üzrə Azərbaycanda 2,4%-lik iqtisadi azalma, gələn il üzrə isə 1,4%-lik artım proqnozlaşdırıb.

Hesabatda, həmçinin deyilir ki, bu il Azərbaycanda orta illik inflyasiya 10,8%, gələn il isə 8,7% səviyyəsində olacaq. Halbuki, bundan öncə bu göstəricilər müvafiq olaraq 10,2% və 8,5% olub. Tədiyyə balansının isə bu il 3,5% azalacağı, 2017-ci ildə isə 2% azalacağı proqnozlaşdırılır.

"İlk dəfədir Azərbaycan hökumətinin verdiyi rəsmi rəqəmlər Beynəlxalq Valyuta Fondunun verdiyi rəsmi rəqəmlərdən xeyli dərəcədə pisdir. Yəni, hökumətin özünün elan etdiyi kimi, bu ilin ilk 9 ayında ümumi daxili məhsulda təqribən 4 faiz azalma olub".

Bunu Sputnik-ə şərhində iqtisadçı-ekspert Natiq Cəfərli deyib. "İlin sonuna da 3 ay qalıb. 3 ay ərzində bu azalmanı geri döndərmək və hətta 1 faiz artıma keçmək mümkün deyil. İndidən artıq demək mümkündür ki, Beynəlxalq Valyuta Fondunun verdiyi bu proqnoz özünü doğrultmayacaq. Azərbaycan hökuməti daha ciddi hesablamalar aparıb və ümumi daxili məhsulun azalmasını qeyd edib", — ekspert bildirib.

Onun fikrincə, Beynəlxalq Valyuta Fondunun hansı kriteriyalara, parametrlərə, indiqatorlara görə bu hesablamaları apardığı qaranlıqdır: "BVF çox zaman rəsmi rəqəmlərə istinad edir, rəsmi rəqəmlərlə işləməyə üstünlük verir. İndi rəsmi rəqəmlər 4 faizlik geriləmə göstərirsə, çox güman ki, bu ilin sonunda təqribən 3,6-3,7 faizlik ümumi daxili məhsulun daralması olacaq. Çünki, son həftələrdə, aylarda neftin qiymətinin qalxması Azərbaycanda ÜDM-ə müsbət təsir göstərir. 50 dolları keçmiş neft qiyməti həmişə müsbət təsir göstərir. Düşünürəm ki, ilin sonunda 3,7-3,8 faizlik ÜDM-də azalma olacaq. Təəssüf ki, BVF-in verdiyi proqnoz özünü doğrultmayacaq".

"Gələn il üçün isə Azərbaycan hökumətinin proqnozları, təqribən 1 faiz iqtisadi artımın olacağı yönündədir. Amma BVF iqtisadiyyatın artımını, az qala 3 faizə yaxın proqnozlaşdırır. Bunu belə izah etmək olar ki, bütün dünyada gözlənti formalaşıb ki, gələn il neftin qiyməti, təqribən 55-60 dollar civarında olacaq. Əgər bu, baş versə, Azərbaycan iqtisadiyyatına çox müsbət təsir edəcək amillərdən biri olacaq. Çox güman ki, BVF gələcəkdə neftin qiymətinin kifayət qədər artacağını düşünərək belə müsbət proqnozlar verir. Yəni, hər şey neftin qiymətindən asılı olacaq", — N. Cəfərli vurğulayıb.

İlham Şaban - Sputnik Azərbaycan
İQTİSADİYYAT
"Hökümət düşünürdü ki, iqtisadiyyat sadəcə soyuqlayıb..."
Qeyd edək ki, Azərbaycan hökuməti 2016-cı ildə iqtisadi artımla bağlı proqnozlarını köklü surətdə dəyişib. Fins.az-ın «Reuters» agentliyinə istinadən məlumatına görə, hökumət 2016-cı ildə 1, 8 faiz iqtisadi artım proqnozlaşdırdığı halda sonradan bu proqnozu dəyişərək 2, 8 faiz iqtisadi geriləmə olacağını rəsmən təsdiq edib.

Xəbərdə deyilir ki, Azərbaycan hökumətinin bundan əvvəlki nikbin proqnozlarını ciddi beynəlxalq maliyyə təsisatları onsuz da bölüşmürdülər və əksinə 3,9 faiz geriləmə proqnozlaşdırırdılar.
«Reuters»in suallarına cavab verən İqtisadiyyat Nazirliyi bildirib ki, geriləməyə mürəkkəb beynəlxalq iqtisadi-maliyyə prosesləri, Azərbaycanın fəal ticarətdə olduğu ölkələrdə milli valyutaların ucuzlaşması kimi faktorlar təsir edib.

Nazirlik izah edib ki, 1, 8 faiz artım proqnozu 2015-ci ildə Beynəlxalq Valyuta Fondu (BVF) neftin qiymətini bir barel üçün 64 dollar olaraq proqnozlaşdıranda verilmişdi.

Xəbər lenti
0