Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

"Hökümət düşünürdü ki, iqtisadiyyat sadəcə soyuqlayıb..."

© oxu.azİlham Şaban
İlham Şaban - Sputnik Azərbaycan
Abunə olmaq
İlham Şaban: "Mərkəzi Bank 2014-cü ilin sentyabrından manatın məzənnəsinin qorunmasına 10,3 milyard dollar xərcləyib. Bu vəsaiti iqtisadiyyatın inkişafına yönəltmək daha məqsədəuyğun olardı"

BAKI, 27 yan — Sputnik. "Neft qiymətlərinin belə kəskin düşməsi artıq üçüncü dəfə baş verir, bunlardan sonuncusu 2008-ci ildə baş verib. Sonradan qiymətlər artdı və Azərbaycan höküməti neftdən əldə edilən vəsaiti qeyri-neft sektoruna yatırdı".

Sputnik xəbər verir ki, bunu "Neft qiymətlərinin düşməsi: Xəzəryanı dövlətlərdə iqtisadi vəziyyətə təsir" Moskva-Astana-Bakı videokörpüsü zamanı "Caspian Barrel" Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib.

"İndi isə kompensasiya zamanı gəlsə də, qeyri-neft sektorunun durumu bunu etmək iqtidarında deyil", —deyə ekspert bildirib.

Onun dediyinə görə, neft qiymətlərinin enməsi 2004-cü ilin iyunundan başlayıb və artıq 2014-cü ilin sentyabrında qiymətlər 100 dollarlıq psixoloji sərhədi keçib: "Hökümət düşünürdü ki, iqtisadiyyat sadəcə soyuqlayıb və 3-5 günə özünə gələcək. Lakin bu, soyuqdəymə deyildi və adi dərmanların xeyri olmadı".

İqtisadçının sözlərinə görə, Azərbaycan Mərkəzi Bankı 2014-cü ilin sentyabrından manatın məzənnəsinin qorunmasına 10,3 milyard dollar xərcləyib: "Bu vəsaiti iqtisadiyyatın inkişafına yönəltmək daha məqsədəuyğun olardı. 2016-cı ildə hökümət artıq digər addimlar atır, qəti iqtisadi islahatlara üstünlük verir".

O, neft qiymətlərinin enməsinə rəğmən, hökümətin büdcə xərclərini artırmaq fikrində olduğunu qeyd edib: "Bu isə, istiqrazların buraxılması və xarici kreditlərin cəlb olunması ehtimalı deməkdir".

Videokörpü "Rossiya seqodnya" BİA-nın "İqtisadi mühit" yeni multimedia layihəsi çərçivəsində keçirilib. Moskvadan tədbirdə Milli enerji təhlükəsizliyi fondunun baş direktoru, Maliyyə universitetinin birinci prorektoru, tətbiqi politologiya kafedrasının müdiri Konstantin Simonov və REA Enerji tədqiqatları institutunun Dünya energetika bazarlarının tədqiqatı mərkəzinin rəisi Vyaçeslav Kulagin iştirak edibər.

Президент дал важные поручения: как это было - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Azərbaycan prezidenti: 2016-cı il iqtisadiyyat üçün asan il olmayacaq

Qazaxıstandan videokörpüyə Qazaxıstan Respublikası Təhsil və elm nazirliyi Elm komitəsinin İqtisadiyyat institutnun filial direktoru Jangeldı Şimşikov və iqtisadi ekspert Əkbər Tukayev qoşulublar.

Bakını görüşdə ekspert, AMEA İqtisadiyyat institutunun aparıcı elmi işçisi Mayis Gülalıyev və Neft araşdırmaları mərkəzinin direktoru İlham Şaban təmsil ediblər.

Beynəlxalq energetika agentliyinin son hesabatında neft qiymətlərinin düşməsinin davam edəcəyi göstərilir. Milli valyutaların devalvasiyası və büdcə xərclərinin yenidən baxılması məsələsi bütün Xəzəryanı ölkələr üçün xas olan bir vəziyyətdir.

Xəbər lenti
0