İntensiv yağış paytaxt yollarında çatlar əmələ gətirib

© Photo : "Azəravtoyol" ASC-nin mətbuat xidmətiBakı Dairəvi-1 avtomobil yolunda əmələ gəlmiş çatlar
Bakı Dairəvi-1 avtomobil yolunda əmələ gəlmiş çatlar - Sputnik Azərbaycan
Abunə olmaq
Anar Nəcəfli: "Yolun inşasını həyata keçirən podratçı şirkətə məlumat verilib və sözügedən hissə qısa müddət ərzində bərpa olunub, torpağa su sızmasının qarşısı alınıb"

BAKI, 24 okt — Sputnik. Ötən həftə intensiv yağışlardan sonra Beynəlxalq Avtovağzal kompleksinin qarşısından Bakı Dairəvi-1 avtomobil yoluna birbaşa çıxışı təmin edən yolun çiyin hissəsində yaranmış çatlar artıq bərpa olunub. Bu barədə Sputnik-ə "Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

Babək prospekti, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Ərəblərin yolu Bakıdakı bu küçədən düşərsə...

Onun sözlərinə görə, çatlar yolun Bakı Dairəvi-1 avtomobil yoluna birləşən hissəsində yaranıb: "Bu barədə məlumat daxil olan kimi "Azəravtoyol" ASC-nin mütəxəsisləri əraziyə baxış keçiriblər. Məlum olub ki, yolun çiyin hissəsində səth sularının kənarlaşdırılması üçün nəzərdə tutulmuş küvetlərin bəzi hissələrindən su torpağa sızır. Bu sızma nəticəsində həmin hissədə çiyinlərin tökmə torpaq layında yumuşalma gedib və asfalt-beton örtükdə çatlar əmələ gəlib".

"Dərhal bu barədə yolun inşasını həyata keçirən podratçı şirkətə məlumat verilib və sözügedən hissə qısa müddət ərzində bərpa olunub, torpağa su sızmasının qarşısı alınıb", — A. Nəcəfli bildirib.

Xəbər lenti
0